az en
News / Mingəçevirdə Kütləvi Futbol Həftəsi festivalı keçirilib (fotoreportaj)

Mingəçevirdə Kütləvi Futbol Həftəsi festivalı keçirilib (fotoreportaj)

Kütləvilik Dərc olundu: 28.09.2021 Çap
UEFA-nın dəstəyi, AFFA-nın təşkilatçılığı ilə 27 sentyabr tarixində Mingəçevir şəhər stadionunda futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə “Kütləvi Futbol Həftəsi” (Grassroots Week) layihəsi həyata keçirilib. Layihədə 100-dən çox gənc oğlan və qızlar iştirak edib. Tədbirin əvvəlində 27 sentyabr - Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Meydançada - müxtəlif maraqlı oyunları əhatə edən sektorlarda uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər. Sonda hər bir iştirakçıya Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən layihəni əks etdirən futbol topları hədiyyə olunub.
Mingəçevirdə Kütləvi Futbol Həftəsi festivalı keçirilib (fotoreportaj)
Baş Sponsor 
Partnyorlar