az en
News / Mükafatlar təqdim olunub (fotolar)

Mükafatlar təqdim olunub (fotolar)

Yüksək Liqa (Qızlar) Dərc olundu: 26.04.2019 Çap
AFFA-nın təşkil etdiyi Yüksək qızlar Liqasında 2018-2019-cu il mövsümünə yekun vurulub.
 
Mükafatlar təqdim olunub (fotolar)
Sumqayıtın “Uğur” komandası liqanın qalibi olub. “Qubek” (Balakən) ikinci, 8 №-li İOEUGİM (Bakı) üçüncü pilləni tutub.   
Bu gün Binə stadionunda keçirilmiş mükafatlandırma mərasimində komandalara mükafatları AFFA-nın Qadın Liqaları şöbəsinin rəhbəri Emin Cəfərov, Azərbaycan milli komandasının keçmiş üzvü Zaur Ramazanov və “Uğur” klubunun  rəhbəri Vasif Maşayev təqdim ediblər.
Liqanın bombardiri rəqib qapılarından 48 qol keçirən Sona Rəhimova (8 №-li İOEUGİM) olub. Ən yaxşı qapıçı Nərgiz Əliyeva (“Keşlə”), ən yaxşı oyunçu Vüsalə Hacıyeva (“Qubek”) seçilib. Fair Play mükafatı “Uğur” komandasının üzvü Vüsalə Seyfəddinovaya təqdim olunub.
 
Baş Sponsor 
Partnyorlar