az en
News / “Əməkdaşlığın müsbət nəticələrini görə biləcəyik”

“Əməkdaşlığın müsbət nəticələrini görə biləcəyik”

AFFA Dərc olundu: 02.08.2022 Çap
“Misli” brendinin futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsoru olması ilə bağlı AFFA-nın baş katibi Sərxan Hacıyev affa.az-a açıqlama verib:
 
“Əməkdaşlığın müsbət nəticələrini görə biləcəyik”
“Bir müddət öncə Azərbaycan Premyer Liqasının titul sponsorluğu ilə bağlı ictimaiyyətə AFFA və PFL-in birgə məlumatı açıqlanmışdı. Bundan sonra bir neçə şirkətdən müraciət aldıq. Lakin “Misli” şirkətinin məsələyə dərhal, operativ və daha fəal reaksiyası əməkdaşlığın məhz bu yöndə olmasını şərtləndirən amillərdən oldu. İlk növbədə, AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından “Misli” şirkətinə “ölkə futboluna xoş gəlmisiniz” demək istəyərdim. Azərbaycan futboluna dəstək olduqlarına, futbolumuzun inkişafına öz töhfələrini verdiklərinə görə şirkətin rəhbərliyinə təşəkkür edirik. Əminəm ki, ən qısa zamanda bu əməkdaşlığın müsbət nəticələrini görə biləcəyik”.
 
Baş Sponsor 
Partnyorlar