az en
News / ML: Azərbaycan – Kipr: Məşqçi fikirləri

ML: Azərbaycan – Kipr: Məşqçi fikirləri

Millətlər Liqası Dərc olundu: 13.10.2020 Çap
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində “Elbasan Arena”da keçirilmiş Azərbaycan - Kipr oyunundan sonra hər iki milli komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
ML: Azərbaycan – Kipr: Məşqçi fikirləri
Canni De Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): “Qalib gəlməli olduğumuz oyun idi. İlk hissədə çoxlu imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Fasilədən sonra da yaratdığımız imkanları dəyərləndirə bilmədik. Təbii ki, qol vurmadan qalib gəlmək olmur. Futbolçular meydanda ürəklərini qoydular. Qrupdakı son şansımızdan istifadə etmək istəyirdik. Təəssüf ki, alınmadı. Bu oyunda iki xal itirdik, nəinki 1 xal qazandıq. İlk hissədə hesab 3:0 ola bilərdi. Dediyim kimi, şanslardan istifadə edə bilmədik.
Oyuna yaxşı köklənmişdik. Qalib gələcəyimizə inanırdıq. Qalib gəlsəydik, komandadakı əhval-ruhiyyə müsbət mənada dəyişə bilərdi. Müdafiədə səhv etməmək üçün çalışdıq hücumameylli futbol oynayaq, müdafiədən tez hücumlar təşkil edək.
Komandada hər şeyə mən qərar verirəm. Penalti epizoduna gəlincə, Qaranın vurmasını mən istədim. Komandamızın kapitanıdır. İstədik ki, bu çətin vəziyyətdə penaltini o yerinə yetirsin”.
 
Yohan Valem (Kipr milli komandasının baş məşqçisi): “Mən komandama sadəcə bir söz deyə bilərəm. Mənim komandam fantastik oynadı. Bəlkə onlar bacardıqlarının daha artığını etmək istədilər. Oyunda səbrli ola bilmədilər. Penalti epizodu oyunun qırılma anı oldu. Qapıçımız penaltini dəf etməklə bizi xilas etdi. Bu həmçinin futbolçularımızın fantastik mentaliteti olduğunu göstərir. Daha yaxşı oynamaq, onların oyununu inkişaf etdirmək üçün tədricən komanda olmağın açarını tapmalıyıq. Heyətimizdə gənc futbolçular çoxdur və məncə, biz bir az da intensivliyi və emosiyaları idarə etməyi bacarmalıyıq”.
 
Baş Sponsor 
Partnyorlar