az en
News / Naxçıvan MR-da hakimlər üçün seminar (fotolar)

Naxçıvan MR-da hakimlər üçün seminar (fotolar)

Hakimlər Dərc olundu: 07.12.2019 Çap
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlikin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında  gənc hakimlərin bilik və bacarığının artırılması  üçün seminar keçirilib. 
 
Naxçıvan MR-da hakimlər üçün seminar (fotolar)
30-dan çox hakimin iştirak etdiyi məşğələlərdə “Oyun Qaydaları” və qaydalara edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib, FIFA və UEFA-nın yeni tövsiyələri diqqətə çatdırılıb, diskussiya aparılıb. Seminar müddətində  Naxçıvan MR-da keçirilmiş birincilik oyunları izlənilib və qarşılaşmalardan hazırlanmış videogörüntülərin müşayiəti ilə maraqlı və mübahisəli epizodlar təhlil edilib. Komitə sədri bu cür seminarların mütəmadi təşkil olunacağını bildirilib. 
Sonda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi  adından Fritz Ştuxlikə plaket təqdim edilib.  
 
Baş Sponsor 
Partnyorlar