az en
News / Nazir və MOK-un baş katibi milli komanda ilə görüşüb (fotolar)

Nazir və MOK-un baş katibi milli komanda ilə görüşüb (fotolar)

U-23 Dərc olundu: 12.08.2022 Çap
Xəbər verdiyimiz kimi, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunmuş V İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsində bu gün son oyununu keçirib və yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Nazir və MOK-un baş katibi milli komanda ilə görüşüb (fotolar)
Mərakeş yığması ilə oyundan əvvəl Gənclər və İdman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev milli komanda ilə görüşərək futbolçularımıza uğurlar arzulayıblar. Görüşdən sonra nazirlik və MOK rəsmiləri Mərakeş - Azərbaycan oyununu izləyiblər.
Baş Sponsor 
Partnyorlar