az en
News / Üçüncü təsnifat mərhələsinin püşkü atılıb

Üçüncü təsnifat mərhələsinin püşkü atılıb

UEFA Dərc olundu: 15.07.2016 Çap
İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının və Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatması keçirilib.
 
Üçüncü təsnifat mərhələsinin püşkü atılıb
Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” ikinci təsnifat mərhələsini adlayacağı halda, Çexiyanın “Viktoriya Plzen” klubu ilə qarşılaşacaq.
Avropa Liqasında çıxş edən təmsilçilərimiz “Qəbələ”, “Kəpəz” və “Neftçi”nin də potensial rəqibləri müəyyənləşib. “Qəbələ” Macarıstanın MTK klubunu mübarizədən kənarlaşdıracağı halda, Fransanın “Lill”, “Kəpəz” “Admira” səddini keçsə, Çexiyanın “Slovan”, “Neftçi” isə “Şkendiya”nı üstələyəcəyi təqdirdə, Çexiyanın “Mlada Boleslav” komandası ilə üz-üzə gələcək.
 
Baş Sponsor 
Partnyorlar