az en
News / “Neftçi” mübarizəni dayandırıb

“Neftçi” mübarizəni dayandırıb

Konfrans Liqası Dərc olundu: 12.08.2022 Çap
“Neftçi” UEFA Avropa Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyununda səfərdə Avstriyanın “Rapid” (Vyana) klubu ilə qarşılaşıb. Oyunun əsas vaxtı 1:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. İki oyunun nəticəsinə əsasən hesab bərabərləşdiyindən (2:2) 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. Qarşılaşmanın 112-ci dəqiqəsində daha bir qol vuran “Rapid” ümumi hesabda 3:2 hesablı qələbə qazanararaq “Neftçi”ni mübarizədən kənarlaşdırıb.
 
“Neftçi” mübarizəni dayandırıb
Baş Sponsor 
Partnyorlar