az en
News / "Neftçi"nin potensial rəqibləri müəyyənləşib

"Neftçi"nin potensial rəqibləri müəyyənləşib

Konfrans Liqası Dərc olundu: 02.08.2022 Çap
UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb. Turnirdəki təmsilçimiz “Neftçi” üçüncü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda "Vaduts" (Lixtenşteyn) / "Konyaspor" (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək. Pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab qarşılaşması isə avqustun 25-də keçiriləcək. Təmsilçimiz pley-off-a vəsiqə qazanarsa, ilk oyununu səfərdə keçirəcək.
 
"Neftçi"nin potensial rəqibləri müəyyənləşib
Baş Sponsor