az en
News / İngiltərə millisinin nümayəndələri Bakıya səfər edib

İngiltərə millisinin nümayəndələri Bakıya səfər edib

Avro-2020 Dərc olundu: 13.02.2020 Çap
Fevralın 12-də və bu gün İngiltərə milli komandasının nümayəndələri Bakıda səfərdə olub.
 
İngiltərə millisinin nümayəndələri Bakıya səfər edib
Komandanın meneceri Stuart Brown, səyahət meneceri  Kelly Brown, mühafizə xidmətinin rəhbəri Toni Conniford və mühafizə xidmətinin əməkdaşı Steve Lewisdən ibarət olan nümayəndə heyətinin səfəri otel və stadionlara baxış məqsədi daşıyıb. İngiltərə millisinin təmsilçiləri Hilton otelinə, Bakı Olimpiya Stadionuna, Bakcell Arenaya və Tofiq Bəhramov adına Respublika stadionuna baxıblar.
Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakıda keçiriləcək. İngiltərə milli komandasının Bakıda yalnız 1/4 final mərhələsində oynamaq ehtimalı var.
Ötən həftə Niderland milli komandasının da nümayəndələri eyni məqsədlə Bakıya səfər etmişdilər.
 
 

 
Baş Sponsor 
Partnyorlar