az en
News / “İnkişaf etmək üçün daha çox çalışacağıq”

“İnkişaf etmək üçün daha çox çalışacağıq”

Hakimlər Dərc olundu: 19.06.2019 Çap
Xəbər verdiyimiz kimi, CORE kurslarında uğrula iştirak etmiş və yekunda ən yaxşı briqada seçilmiş Elçin Məsiyev, Elşad Abdullayev və Qəzənfər Məmmədov 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ABŞ-ın Florida ştatında keçiriləcək CONCACAF turnirinə təyinat alıb. Bununla bağlı AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik affa.az saytına açıqlama verib:
 
“İnkişaf etmək üçün daha çox çalışacağıq”
“Hakimlərimizin qazandığı uğura görə sevinir və onlarla fəxr edirəm. Amerikada keçiriləcək turnir üçün seçimlərdə uğur qazanmaları onların yaxşı hazırlaşdıqlarının və öz üzərlərində çox işlədiklərinin, həmçinin Azərbaycan hakimlər ailəsinin düzgün yolda olduğunun göstəricisidir. Eyni zamanda, UEFA-dan gələn bu siqnal bizim ağır işimizin mükafatıdır. Təbii ki, inkişaf etmək, uğur qazanmaq üçün  daha çox çalışacağıq”.
 
Baş Sponsor 
Partnyorlar