az en
News / “Norveç kimi güclü rəqiblə başabaş mübarizə apardıq”

“Norveç kimi güclü rəqiblə başabaş mübarizə apardıq”

U-21 Dərc olundu: 14.06.2022 Çap
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Norveç - Azərbaycan qarşılaşmasından sonra milli komandamızın baş məşqçisi Milan Obradoviçin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Norveç kimi güclü rəqiblə başabaş mübarizə apardıq”
"İlk öncə bugünkü oyuna görə futbolçulara təşəkkür edirəm, onlarla fəxr edirəm. Komanda meydanda əsl əzmkarlıq nümayiş etdirib, Azərbaycan futbolunu layiqincə təmsil etdi. Norveç qrup birincisi olmaq üçün oynamasına baxmayaraq, ilk hissədə onlara heç bir şans vermədik.
Fasilədən sonra qarşılıqlı hücumlar olsa da, rəqib əlinə düşən fürsətdən daha layiqincə yararlandı. Düzdür, əvəzetmələr sayəsində, oyunda dönüş yaradıb, hesabı bərabərləşdirdik. Lakin Norveç komandası standart vəziyyətdən fərqlənib, qələbə topunu vurdu. Bununla belə, nəticəyə baxmayaraq,  Norveç kimi güclü rəqiblə başabaş mübarizə apardıq. Komandama təşəkkür edirəm".
Baş Sponsor 
Partnyorlar