az en
News / İnternat məktəbləri arasında mini-futbol turniri keçirilib (fotoreportaj)

İnternat məktəbləri arasında mini-futbol turniri keçirilib (fotoreportaj)

Kütləvilik Dərc olundu: 17.03.2022 Çap
AFFA-nın təşkilatçılığı ilə Bakı şəhərində yerləşən internat məktəbləri arasında mini-futbol turniri keçirilib. 
 
İnternat məktəbləri arasında mini-futbol turniri keçirilib (fotoreportaj)
Turnirdə Mərdəkan qəsəbəsində yerləşən 2, Türkan qəsəbəsində yerləşən 6, Maştağa qəsəbəsində yerləşən 1 saylı internat məktəblərindən ümumilikdə 6 komanda iştirak edib. 2 saylı internat məktəbinin qapalı futbol meydançasında iki gün ərzində davam edən turnirin finalında qalib gələn “Mərdəkan 1” kollektivi yarışın qalibi olub. Qalib komanda AFFA tərəfindən kubok və medallarla, II və III yeri tutmuş komandalar müvafiq medallarla, yarışda fərqlənən oyunçular isə “ən yaxşı qol”, “ən yaxşı qapıçı”, “ən yaxşı oyunçu” nominasiyaları üzrə təltif olunublar. Kubok, medal və nominasiyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov təqdim edib. Yekunda yarışın bütün iştirakçılarına AFFA tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
 
Baş Sponsor 
Partnyorlar