az en
News / “Nəticə qazanmaq istəyiriksə...”

“Nəticə qazanmaq istəyiriksə...”

A milli (Futzal) Dərc olundu: 28.01.2022 Çap
Futzal üzrə Avropa çempionatının final mərhələsinin D qrupunun Azərbaycan – Bosniya Herseqovina oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Joze Alesio Da Silvanın və komandanın üzvü İsa Atayevin səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
“Nəticə qazanmaq istəyiriksə...”
Joze Alesio Da Silva: “Vacib oyundur. Ağır görüş olacaq. Bosniya və Herseqovinanın iki oyununu izləmişəm. Təşkilatlanmış komandadır. Əlbəttə, bizim üçün çətin bir duel olacaq. Ancaq əlimizdən gələni edəcəyik. Onlar hər iki oyunda məğlub olsalar da, yaxşı çıxış etdilər. Nəticə qazanmaq istəyiriksə, mütləq intizamlı, istəkli oynamalıyıq. Yəni, İspaniya millisi ilə oyundakı kimi mübarizə aparmalıyıq.
 
Heyətdə müəyyən dəyişiklik ediləcək. Rəqibin zəif cəhəti odur ki, kompakt oynamırlar. Biz də çalışacağıq ki, bundan istifadə edək. Yenə deyirəm, ispanlara qarşı necə oynamışıqsa, futzalçılarımdan həmin oyunu, əzmkarlığı, iradəni gözləyirəm”.
 
İsa Atayev: “Qələbə qazanmaq üçün mübarizə aparacağıq. Növbəti mərhələyə yüksəlmək baxımından şansımız davam edir. Düzdür, hər şey öz əlimizdə deyil. İstədiklərimizin baş verməsi üçün paralel keçiriləcək oyunda Gürcüstan millisi İspaniyanı məğlub etməlidir. Biz üzərimizə düşəni edəcəyik.
 
Sabah ilk dəfə oyunumuz azarkeşlərin iştirakı ilə keçiriləcək. Futzalda aoyunçuların oyuna motivasiya olması baxımından azarkeşlərin olması əhəmiyyətlidir”.
 
Baş Sponsor 
Partnyorlar