az en
News / İntizam Komitəsi qərarları

İntizam Komitəsi qərarları

İntizam Komitəsi Dərc olundu: 20.05.2022 Çap
15.05.2022-ci il tarixində Premyer Liqanın XXVII turunun “Şamaxı” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
İntizam Komitəsi qərarları
15.05.2022-ci il tarixində Premyer Liqanın XXVII turunun “Sabah” – “Sumqayıt” oyununda “Sabah” klubunun 2 nömrəli futbolçusu Amin Seydiyev oyunun 53-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur (maddə 47.1).
 
15.05.2022-ci il tarixində Premyer Liqanın XXVII turunun “Sabah” – “Sumqayıt” oyununda “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
15.05.2022-ci il tarixində Premyer Liqanın XXVII turunun “Sabah” – “Sumqayıt” oyununda hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilsin.
 
15.05.2022-ci il tarixində Premyer Liqanın XXVII turunun “Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
15.05.2022-ci il tarixində Premyer Liqanın XXVII turunun “Zirə” – “Neftçi” oyununda “Neftçi” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
17.05.2022-ci il tarixində I Divizionun XXVI turunun “Kəpəz” – “Sabah-2” oyununda matçın 68-ci dəqiqəsində “Kəpəz” klubunun 42 nömrəli futbolçusu İbrahim Qədirzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur (maddə 36.1).
 
17.05.2022-ci il tarixində I Divizionun XXVI turunun “Kəpəz” – “Sabah-2” oyununda matçın 73-cü dəqiqəsində “Kəpəz” klubunun 7 nömrəli futbolçusu Bəhruz Teymurov kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 240 manat cərimə olunur (maddə 36.2).
 
17.05.2022-ci il tarixində I Divizionun XXVI turunun “Kəpəz” – “Sabah-2” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
 
17.05.2022-ci il tarixində I Divizionun XXVI turunun “Şamaxı-2” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
 
17.05.2022-ci il tarixində I Divizionun XXVI turunun “Şamaxı-2” – MOİK oyununda MOİK klubunun 88 nömrəli futbolçusu Həsrət Mürsəlov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).
 
17.05.2022-ci il tarixində I Divizionun XXVI turunun “Sumqayıt-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” klubu vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 84).
 
15.05.2022-ci il tarixində Həvəskar Liqasının “Gənclik” İK – “Qobustan” oyununda “Gənclik” İK komandasının 16 nömrəli futbolçusu Mohammed Alhassan qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
06.05.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Forza Neftçi” – “Star Karqo” oyununda matçın bitməsinə 01:26 qalmış “Star Karqo” komandası meydanı özbaşına tərk etdiyi üçün hesab olduğu kimi saxlanılmaqla komandaya texniki məğlubiyyət verilir (maddə 52.1).
 
13.05.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Zəngilan” – “Metropoliten” oyununda “Zəngilan” komandasının 12 nömrəli futzalçısı Kamil Aslanov oyunun 22-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
13.05.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Dəstə Ordubad” – ADBTİA oyununda “Dəstə Ordubad” komandasının 1 nömrəli futzalçısı Anar Rəhimov oyunun 19-cu dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
15.05.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Bibi Heybət” – “Baku Fire 3” oyununda matçın 17-ci dəqiqəsində “Bibi Heybət” komandasının 10 nömrəli futzalçısı Əsgər Bünyətov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3).
 
15.05.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Rəvan” – “Borçalı” oyununda “Rəvan” komandasının 9 nömrəli futzalçısı Anar Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanır (maddə 41.3)
 
15.05.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Timsport” – “İsma Baku” oyununda “Timsport” komandasının 4 nömrəli futzalçısı Ceyhun Mürşüdlü qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən təhqiredici ifadələr işlətdiyi üçün 3 oyun cəzalanır (maddə 41).
 
14.05.2022-ci il tarixində Region Liqasının “Cəbrayıl” – “Qusar” oyununda “Cəbrayıl” komandasının 22 nömrəli futbolçusu Cavid Heydərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
15.05.2022-ci il tarixində Region Liqasının “Xan Lənkəran” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan” komandasının 4 nömrəli futbolçusu Çingiz Qurbanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
15.05.2022-ci il tarixində Region Liqasının “Xan Lənkəran” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan” komandasının məşqçisi Yunis Məhərrəmov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 61.1).
 
14.05.2022-ci il tarixində Gənclər Liqasının “Neftçi” – “Qəbələ” oyununda “Neftçi” komandasının 15 nömrəli futbolçusu Bahadur Quliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
14.05.2022-ci il tarixində Gənclər Liqasının “Neftçi” – “Qəbələ” oyununda matçın 82-ci dəqiqəsində “Neftçi” komandasının 8 nömrəli futbolçusu Nihad Cəfərov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.1).
 
14.05.2022-ci il tarixində Gənclər Liqasının “Neftçi” – “Qəbələ” oyununda matçın 82-ci dəqiqəsində “Qəbələ” komandasının 10 nömrəli futbolçusu Taleh Qarayev kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 36).
 
14.05.2022-ci il tarixində Gənclər Liqasının “Neftçi” – “Qəbələ” oyununda matçın 82-ci dəqiqəsində “Qəbələ” komandasının 15 nömrəli futbolçusu Chichin Akande rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.1).
 
14.05.2022-ci il tarixində U-15 Liqasının “Neftçi” İK İB – “Mil-Muğan” oyununda “Mil-Muğan” komandasının 8 nömrəli futbolçusu Rəsul Şükürov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
15.05.2022-ci il tarixində U-12 Liqasının “Qarabağ” – “Azəri” TİM (Gəncə) oyununda matçın 50-ci dəqiqəsində “Azəri” TİM (Gəncə) komandasının məşqçisi Fuad Ələkbərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.4).
 
15.05.2022-ci il tarixində U-12 Liqasının “Qarabağ” – “Azəri” TİM (Gəncə) oyununda matçın 50-ci dəqiqəsində “Azəri” TİM (Gəncə) komandasının məşqçisi Məhəmməd Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.4).
 
15.05.2022-ci il tarixində U-12 Liqasının “Qarabağ” – “Azəri” TİM (Gəncə) oyununda matç bitdikdən sonra “Qarabağ” komandasının məşqçisi Çingiz Bədəlov hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.3).
 
15.05.2022-ci il tarixində U-12 Liqasının UGİM “Mingəçevir” – “Şirvan” (Ağdaş) oyununda  UGİM “Mingəçevir” komandasının heyətində qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçu meydanda oynadığı üçün komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilir (maddə 50.2).
 
Baş Sponsor 
Partnyorlar