az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 09.08.2016 Çap
6 avqust 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının I turunun AZAL – “Neftçi” matçının 36-cı dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Jario Rodrigues ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). 
 
İntizam Komitəsinin qərarları
Oyunun 36-cı dəqiqəsində AZAL klubunun 11 №-li futbolçusu Ruslan Nəsirli rəqibi itələdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 38.1).
7 avqust 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz  Premyer Liqasının I turunun “İnter” – “Qarabağ”  matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
5 avqust 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun AZAL – “Neftçi” matçının 81-ci dəqiqəsində AZAL klubunun 13 №-li futbolçusu Səbuhi Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 37.1).
 
Baş Sponsor 
Partnyorlar