az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 14.05.2019 Çap
11 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXVIII turunun “Səbail” – “Keşlə” matçında  “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40). Oyunun 51-ci dəqiqəsində “Keşlə” klubunun 93 №-li futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
 
İntizam Komitəsinin qərarları
11 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – “Qəbələ” matçında  “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
11 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXVIII turunun “Neftçi” – “Qarabağ” matçında  “Qarabağ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun “Səbail-2” – “Zirə-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun 28-ci dəqiqəsində “Zirə-2” klubunun 54 №-li futbolçusu Hüseyn Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun “Qarabağ-2” – “Kəpəz” matçı “Kəpəz” komandasına görə 10 dəqiqə gec başlayıb. Buna görə “Kəpəz” klubu 240 manat cərimə olunur (maddə 53.3).
10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun “Keşlə-2” – “Zaqatala” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun 69-cu dəqiqəsində “Keşlə-2” klubunun 56 №-li futbolçusu Əkbər Vəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun “Ağsu” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun “Sumqayıt-2” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
8 may 2019-cu il, futzal üzrə Yüksək Liqanın “Araz” – EKOL matçının 40-cı dəqiqəsində “Araz” klubunun 17 №-li futzalçısı İsa Atayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
11 may 2019-cu il, futzal üzrə Yüksək Liqanın EKOL – “Araz” matçının 38-ci dəqiqəsində EKOL klubunun 7 №-li futzalçısı Ramiz Çovdarov aqressiv davranışa görə meydandan kənarlaşdırıldığı üçün  2 oyun cəzalanır (maddə 38.1).
12 may 2019-cu il, futzal üzrə İkinci Liqanın “Atletiko Baku” – “Təbriz” matçında “Təbriz” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
12 may 2019-cu il, futzal üzrə İkinci Liqanın “Atletiko Baku” – “Təbriz” matçında “Təbriz” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).11 may 2019-cu il, Azərbaycan həvəskarlar liqasının “Fədək” – “Neftçala” matçında “Fədək” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
 
Baş Sponsor 
Partnyorlar