az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 11.02.2020 Çap
Premyer Liqanın XVI turunun “Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39). Oyununda “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39). “Zirə” klubunun 8 nömrəli futbolçusu İlkin Muradov ikinci sarı - qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  1 oyunluq cəzalandırılır, klub 200 manat cərimə olunur (maddə 47). Qarşılaşmanın 68-ci dəqiqəsində “Zirə” klubunun 10 nömrəli futbolçusu Ağabala Ramazanov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün o, 2 oyunluq kənarlaşdırılır,  klub 1600 manat cərimə olunur (maddə 36).
 
İntizam Komitəsinin qərarları
I Divizionun XIV turunun “Turan Tovuz” – “Səbail-2” oyununda polis və təcili yardım maşını vaxtında stadiona gəlməyib və bu səbəbdən oyuna 13 dəqiqə gec başlayıb. Təşkilati işlər qaydasında olmadığına görə meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59).
I Divizionun XIV turunun “Sabah-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 17 nömrəli futbolçusu Bəhruz Teymurov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün o, 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
I Divizionun XIV turunun MOİK – “Kəpəz” oyununda “Kəpəz” klubunun 20 nömrəli futbolçusu Orxan Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün o, 1 oyun cəzalanır,  klub 20 manat cərimə olunur (maddə 47).
I Divizionun XIV turunun “Keşlə-2” – “Neftçi-2” oyununda “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39). Oyununda “Neftçi-2” klubunun 55 nömrəli futbolçusu İbrahim Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün o, 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
I Divizionun XIV turunun “Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununda “Sumqayıt-2” klubunun 99 nömrəli futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün o, 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47). “Qaradağ Lökbatan” klubunun futbolçunun nömrəsi protokoldakı nömrəsi ilə üyni olmadığına görə, klub 80 manat cərimə olunur (maddə 69).
Gənclər Liqasında keçirilən “Zirə” – “Tufan” oyununda “Zirə” komandasının 6 nömrəli futbolçusu Elnur Mirzəyev qarşılaşmanın 70-ci dəqiqəsində hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün o, 1 oyunluq kənarlaşdırılır (maddə 47).
Bakcell U-17 Liqasında keçirilməli olan “Səbail” – “Xəzər Lənkəran” oyunu “Xəzər Lənkəran” komandasının təyin olunan vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb.  Buna görə də “Xəzər Lənkəran” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 50).
U-16 Liqasında keçirilməli olan “Xilə” – “Zirə” oyunu “Xilə” komandasının təyin olunan vaxtda meydana çıxmaması səbəbindən keçirilməyib. Buna görə “Xilə” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 50).
U-16 Liqasında keçirilən “Neftçi İK İB” – “Sumqayıt” oyunundan sonra “Sumqayıt” komandasının baş məşqçisi Zahir Əsgərzadə hakimlərin otağına daxil olaraq kəskin formada etiraz etdiyi üçün məşqçiyə ciddi xəbərdarlıq olunur.
U-14 Liqasında keçirilən “Muğan PFK” – “Xəzər Lənkəran” oyununda “Xəzər Lənkəran” komandasının 7 nömrəli futbolçusu Emil Həsənov qarşılaşmanın 59-cu dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə alardığına görə 1 oyunluq cəzalanır (maddə 37).
Coca-Cola U-13 Liqasında keçirilən “Qarabağ” – “Sabah” oyununun birinci hissəsi başa çatdıqdan sonra “Qarabağ” komandasının baş məşqçisi Rövşən Qasımov meydana daxil olaraq hakimə kəskin etiraz etdiyinə görə qırmızı
vərəqə aldıraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır  (maddə 61).
Coca-Cola U-13 Liqasında keçirilən “Masallı” - “Məhsul” (Cəlilabad) oyununun 7-ci dəqiqəsində “Məhsul” (Cəlilabad) komandasının baş məşqçisi Elçin Əsgərov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 61).
Region Liqasında keçirilən “Neftçala”-“Ərkivan” oyununda “Neftçala” komandasının heyətində protokolda adı qeyd edilməyən Sehran Babayevin oynamasına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 50).
Futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin “Bakı” TFK - “Nəqşicahan” matçında “Bakı” TFK-nın futzalçısı Fərid Səmədzadə sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 47).
Futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin “Forza Neftçi” – “Badamlı” matçında “Forza Neftçi” klubunun futzalçısı Misir Ağayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 47). “Badamlı” klubunun futzalçısı Ali Mikaeili ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanır (maddə 36).
                         
Baş Sponsor 
Partnyorlar