az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 17.03.2020 Çap
İntizam Komitəsinin qərarları
9 mart, futzal üzrə Yüksək Liqanın “Premier” (Quba) – EKOL matçında “Premier” (Quba) komandası təyin olunan vaxtda meydana çıxmadığına görə kluba 0:5 hesablı məğlubiyyət verilir. Bu hal 3-cü dəfə təkrarlandığı üçün "Premier" (Quba) komandası Yüksək Liqadan kənarlaşdırılır (maddə 55).
11 mart, futzal üzrə Azərbaycan Kubokunun “Premier” (Quba) – “Red Line” matçında “Premier” (Quba) komandası təyin olunan vaxtda meydana çıxmadığına görə kluba 0:5 hesablı məğlubiyyət verilir (maddə 55).
12 mart, I divizionun XIX turunun “Kəpəz” – “Sabah-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimələnir (maddə 39).
13 mart, I divizionun XIX turunun “Neftçi-2” – “Qarabağ-2” oyununun 6-cı dəqiqəsində  “Qarabağ-2” komandasının 54 nömrəli futbolçusu İbrahim Hüseynov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimələnir (maddə 47).
13 mart, I divizionun XIX turunun “Qaradağ Lökbatan” – “Zaqatala” oyununda “Qaradağ Lökbatan” komandasının 8 nömrəli futbolçusu Sərxan Əhmədli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimələnir (maddə 47).
13 mart, I divizionun XIX turunun “Səbail-2” – “Zirə-2” oyununun 90+4-cü dəqiqəsində  “Zirə-2” komandasının 77 nömrəli futbolçusu  Cəlal Hüseynov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimələnir (maddə 47).
 
Baş Sponsor 
Partnyorlar