az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 15.09.2020 Çap
İntizam Komitəsinin qərarları
11.09.2020-ci ildə Premyer Liqanın II turunun “Keşlə” – “Qarabağ” oyununda “Qarabağ” klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyi üçün klub 800 manat cərimə olunur. (maddə 62.3)
 
11.09.2020-ci ildə Premyer Liqanın II turunun “Keşlə” – “Qarabağ” oyununda “Qarabağ” klubu stadiona gələrkən gecikdiyi üçün klub 800 manat cərimə olunur. (maddə 54)
 
11.09.2020-ci ildə Premyer Liqanın II turunun “Neftçi” – “Sumqayıt” oyununda “Neftçi” klubunun 5 nömrəli futbolçusu Anton Krivotsyuk qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)
 
12.09.2020-ci ildə Premyer Liqanın II turunun “Səbail” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
13.09.2020-ci ildə Premyer Liqanın II turunun “Sabah” – “Qəbələ” oyununda “Sabah” klubunun 14 nömrəli futbolçusu Slavik Alxasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)
 
13.09.2020-ci ildə Premyer Liqanın II turunun “Sabah” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
Baş Sponsor 
Partnyorlar