az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 22.09.2020 Çap
İntizam Komitəsinin qərarları
19.09.2020-ci ildə Premyer Liqanın III turunun “Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 32 nömrəli futbolçusu Nikolas Raysel qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)
 
19.09.2020-ci ildə Premyer Liqanın III turunun “Qəbələ” – “Keşlə” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
19.09.2020-ci ildə Premyer Liqanın III turunun “Sumqayıt” – “Səbail” oyununda oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur. (maddə 62)
 
19.09.2020-ci ildə Premyer Liqanın III turunun “Sumqayıt” – “Səbail” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
19.09.2020-ci ildə Premyer Liqanın III turunun “Sumqayıt” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
20.09.2020-ci ildə Premyer Liqanın III turunun “Zirə” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)

 
Baş Sponsor 
Partnyorlar