az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 03.11.2020 Çap
İntizam Komitəsinin qərarları
31.10.2020-ci ildə Premyer Liqanın VIII turunun “Qəbələ” – “Sabah” oyununda “Sabah” klubunun 5 nömrəli futbolçusu Nikola Vuyadinoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)
 
28.10.2020-ci ildə I Divizionun IV turunun “Qarabağ-2” – “Neftçi-2” oyununda “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
28.10.2020-ci ildə I Divizionun IV turunun “Qarabağ-2” – “Neftçi-2” oyununda meydan vaxtında sulanmadığına görə matçın ikinci hissəsi gec başlandığı üçün meydan sahibi klub 80 manat cərimələnir. (maddə 85)
 
28.10.2020-ci ildə I Divizionun IV turunun “Kəpəz” – “Zaqatala” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
28.10.2020-ci ildə I Divizionun IV turunun “Kəpəz” – “Zaqatala” oyununda matçın 52-ci dəqiqəsində “Zaqatala” klubunun 3 nömrəli futbolçusu Nicat Oruclu “kobud oyun”a görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur. (maddə 36)
 
29.10.2020-ci ildə I Divizionun IV turunun “Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununda “Sumqayıt-2” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
29.10.2020-ci ildə I Divizionun IV turunun “Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 77 nömrəli futbolçusu Elşən Veysov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47)
 
29.10.2020-ci ildə I Divizionun IV turunun “Keşlə-2” – “Turan Tovuz” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. (maddə 62)
 
29.10.2020-ci ildə I Divizionun IV turunun “Keşlə-2” – “Turan Tovuz” oyununda “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
30.10.2020-ci ildə I Divizionun IV turunun MOİK – “Sabah-2” oyununda matçın 21-ci dəqiqəsində MOİK klubunun 45 nömrəli futbolçusu Kənan Quliyev “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47)
 
30.10.2020-ci ildə I Divizionun IV turunun MOİK – “Sabah-2” oyununda “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
Baş Sponsor 
Partnyorlar