az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 11.11.2020 Çap
07.11.2020-ci ildə Premyer Liqanın IX turunun “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
07.11.2020-ci ildə Premyer Liqanın IX turunun “Keşlə” – “Qəbələ” oyununda hər iki klubun bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün hər iki klub ayrı-ayrılıqda 800 manat cərimə olunur. (maddə 49)
İntizam Komitəsinin qərarları
 
08.11.2020-ci ildə Premyer Liqanın IX turunun “Neftçi” – “Qarabağ” oyununda oyunöncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) gəlmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur. (maddə 62)
 
08.11.2020-ci ildə Premyer Liqanın IX turunun “Sabah” – “Zirə” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
08.11.2020-ci ildə Premyer Liqanın IX turunun “Sabah” – “Zirə” oyununda “Zirə” klubunun 1 nömrəli futbolçusu Mateus Albino qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)

04.11.2020-ci ildə I Divizionun V turunun “Sumqayıt-2” – “Turan Tovuz” oyununda matçın 78-ci dəqiqəsində “Sumqayıt-2” klubunun 19 nömrəli futbolçusu Nurlan Quliyev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur. (maddə 36)
 
04.11.2020-ci ildə I Divizionun V turunun “Sumqayıt-2” – “Turan Tovuz” oyununda oyunöncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. (maddə 62)
 
04.11.2020-ci ildə I Divizionun V turunun “Sumqayıt-2” – “Turan Tovuz”  oyununda oyunöncəsi “Turan Tovuz” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur. (maddə 62)
 
04.11.2020-ci ildə I Divizionun V turunun “Qaradağ Lökbatan” – “Kəpəz”  oyununda “Kəpəz” klubunun 4 nömrəli futbolçusu Qaraxan Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47)
 
04.11.2020-ci ildə I Divizionun V turunun “Qaradağ Lökbatan” – “Kəpəz”  oyununda stadion əməkdaşları “A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 49)
 
04.11.2020-ci ildə I Divizionun V turunun “Qaradağ Lökbatan” – “Kəpəz”  oyununda oyunöncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. (maddə 62)
 
04.11.2020-ci ildə I Divizionun V turunun “Sabah-2” – “Qarabağ-2”  oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
05.11.2020-ci ildə I Divizionun V turunun “Neftçi-2” – “Keşlə-2”  oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
 
Baş Sponsor 
Partnyorlar