az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 24.11.2020 Çap
İntizam Komitəsinin qərarları
21.11.2020-ci ildə Premyer Liqanın X turunun “Qarabağ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
22.11.2020-ci ildə Premyer Liqanın X turunun “Zirə” – “Keşlə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
19.11.2020-ci ildə I Divizionun VI turunun “Qaradağ Lökbatan” – “Turan Tovuz” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. (maddə 62)
 
19.11.2020-ci ildə I Divizionun VI turunun “Kəpəz” – MOİK oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
20.11.2020-ci ildə I Divizionun VI turunun “Qarabağ-2” – “Zaqatala” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi və say limiti pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnir. (maddə 64)
 
20.11.2020-ci ildə I Divizionun VI turunun “Qarabağ-2” – “Zaqatala” oyununda “Qarabağ-2” klubu oyunun ilkin protokolunu vaxtında tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur. (maddə 54)
 
20.11.2020-ci ildə I Divizionun VI turunun “Keşlə-2” – “Sabah-2”  oyununda “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
20.11.2020-ci ildə I Divizionun VI turunun “Keşlə-2” – “Sabah-2”  oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
20.11.2020-ci ildə I Divizionun VI turunun “Keşlə-2” – “Sabah-2”  oyununda “Keşlə-2” klubunun 78 nömrəli futbolçusu Şirin Şirinov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47)
 
20.11.2020-ci ildə I Divizionun VI turunun “Keşlə-2” – “Sabah-2” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. (maddə 62)
 
Baş Sponsor 
Partnyorlar