az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 09.02.2021 Çap
İntizam Komitəsinin qərarları
06.02.2021-ci ildə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək, nəzarət buraxılışa diqqət etmək) yerinə yetirmədiyi üçün klub 800 manat cərimə olunur. (maddə 62.3)
06.02.2021-ci ildə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Səbail” – “Sumqayıt” oyununda matçın 76-cı dəqiqəsində “Səbail” klubunun baş məşqçisinin köməkçisi Vüqar Məmməd oyunun köməkçi hakimi Cavanşir Yusifovu vurduğu üçün Azərbaycan Kuboku oyunlarında 20 oyun cəzalanır klub 16 000 (on altı min) manat cərimə olunur. (maddə 37.8,10)
06.02.2021-ci ildə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
07.02.2021-ci ildə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Kəpəz” – “Keşlə” oyununda pirotexnikadan istifadə olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur. (maddə 51.2)
07.02.2021-ci ildə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Kəpəz” – “Keşlə” oyununda diktor məlumatları vaxtında vermədiyi üçün meydan sahibi klub 800 manat cərimə olunur. (maddə 60)
07.02.2021-ci ildə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Kəpəz” – “Keşlə” oyununda oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur. (maddə 62.2)
07.02.2021-ci ildə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Kəpəz” – “Keşlə” oyununda oyun öncəsi “Keşlə” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 800 manat cərimə olunur. (maddə 62.1)
07.02.2021-ci ildə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Kəpəz” – “Keşlə” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
07.02.2021-ci ildə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə” – “Neftçi” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
Baş Sponsor 
Partnyorlar