az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 04.03.2021 Çap
İntizam Komitəsinin qərarları
03.03.2021-ci ildə Premyer Liqanın XVIII turunun “Neftçi” – “Sabah” oyununda stadionda işıqlandırma səbəbindən fasilələr olduğu üçün meydan sahibi klub 4000 manat cərimə olunur. (maddə 79)
 
03.03.2021-ci ildə Premyer Liqanın XVIII turunun “Sumqayıt” – “Zirə” oyununda PFL-in Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur. (maddə 60)
 
01.03.2021-ci ildə I Divizionun XV turunun “Keşlə-2” – “Zaqatala” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
01.03.2021-ci ildə I Divizionun XV turunun “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
01.03.2021-ci ildə I Divizionun XV turunun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda “Neftçi-2” klubunun 87 nömrəli futbolçusu Nazim Məmmədzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimələnir. (maddə 47)
 
01.03.2021-ci ildə I Divizionun XV turunun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda “Neftçi-2” klubunun 65 nömrəli futbolçusu Əmrah Bayramov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimələnir. (maddə 47)
 
01.03.2021-ci ildə I Divizionun XV turunun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
Baş Sponsor 
Partnyorlar