az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 06.04.2021 Çap
İntizam Komitəsinin qərarları
03.04.2021-ci ildə Premyer Liqanın XXI turunun “Səbail” – “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur. (maddə 64.1)
 
03.04.2021-ci ildə Premyer Liqanın XXI turunun “Səbail” – “Zirə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
04.04.2021-ci ildə Premyer Liqanın XXI turunun “Sabah” – “Qəbələ” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
04.04.2021-ci ildə Premyer Liqanın XXI turunun “Sabah” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
04.04.2021-ci ildə Premyer Liqanın XXI turunun “Neftçi” – “Sumqayıt” oyununda “Neftçi” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
01.04.2021-ci ildə I Divizionun XIX turunun “Turan Tovuz” – “Qarabağ-2” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
01.04.2021-ci ildə I Divizionun XIX turunun “Turan Tovuz” – “Qarabağ-2” oyununda əsasnaməyə uyğun olaraq meydança sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 60)
 
02.04.2021-ci ildə I Divizionun XIX turunun “Sabah-2” – “Zaqatala” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
02.04.2021-ci ildə I Divizionun XIX turunun “Sabah-2” – “Zaqatala” oyununda oyun öncəsi stadion nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi və iclas gec başlandığı üçün meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 62.1)
 
02.04.2021-ci ildə I Divizionun XIX turunun “Sabah-2” – “Zaqatala” oyununda “Sabah-2” klubunun 66 nömrəli futbolçusu Abdulla Khaibulaev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47)
 
02.04.2021-ci ildə I Divizionun XIX turunun “Sabah-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun ehtiyat oyunçuları və texniki heyəti texniki zonada maskadan istifadə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunur. (maddə 91.1)
 
01.04.2021-ci ildə I Divizionun XIX turunun “Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
Baş Sponsor 
Partnyorlar