az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 05.05.2021 Çap
03.05.2021-ci ildə Premyer Liqanın XXV turunun “Səbail” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 77 nömrəli futbolçusu Merab Qiqauri qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)
İntizam Komitəsinin qərarları
04.05.2021-ci ildə Premyer Liqanın XXV turunun “Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
04.05.2021-ci ildə Premyer Liqanın XXV turunun “Sumqayıt” – “Sabah” oyununda matçın 85-ci dəqiqəsində “Sumqayıt” klubunun 5 nömrəli futbolçusu Cəmaləddin Xocaniyazov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 3200 manat cərimə olunur. (maddə 37.3)
01.05.2021-ci ildə I Divizionun XXIV turunun “Sumqayıt-2” – “Zaqatala” oyununda “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
01.05.2021-ci ildə I Divizionun XXIV turunun “Sumqayıt-2” – “Zaqatala” oyununda matçdan sonra “Sumqayıt-2” klubunun 88 nömrəli futbolçusu Cavid Quliyev “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur. (maddə 37.1)
01.05.2021-ci ildə I Divizionun XXIV turunun “Sumqayıt-2” – “Zaqatala” oyununda matçdan sonra “Zaqatala” klubunun 4 nömrəli futbolçusu Kənan Müslümov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur. (maddə 37.1)
01.05.2021-ci ildə I Divizionun XXIV turunun “Sumqayıt-2” – “Zaqatala” oyununda matçdan sonra “Zaqatala” klubunun 15 nömrəli futbolçusu Firuddin Mövsümov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 320 manat cərimə olunur. (maddə 37.3)
01.05.2021-ci ildə I Divizionun XXIV turunun “Sumqayıt-2” – “Zaqatala” oyununda diktor əsasnamə tələblərini yerinə yetirmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. (maddə 88)
28.04.2021-ci ildə I Divizionun XIV turunun “Sabah-2” – “Keşlə-2” oyununda oyun öncəsi “Keşlə-2” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur. (maddə 62.1)
02.05.2021-ci ildə I Divizionun XXIV turunun “Turan Tovuz” – “Neftçi-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. (maddə 62.2)
02.05.2021-ci ildə I Divizionun XXIV turunun “Turan Tovuz” – “Neftçi-2” oyununda “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
02.05.2021-ci ildə I Divizionun XXIV turunun “Qaradağ Lökbatan”  – “Sabah-2” oyununda “Qaradağ Lökbatan” klubunun 16 nömrəli futbolçusu Cavid Nəcizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47)
02.05.2021-ci ildə I Divizionun XXIV turunun “Qaradağ Lökbatan” – “Sabah-2” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
02.05.2021-ci ildə I Divizionun XXIV turunun “Qaradağ Lökbatan”  – “Sabah-2” oyununda  matç gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur. (maddə 59.4)
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Zirə”  – “Keşlə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Zirə”  – “Keşlə” oyununda matçın 88-ci dəqiqəsində “Zirə” klubunun 12 nömrəli futbolçusu Lazar Corceviç “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır 3200 manat cərimə olunur. (maddə 37.3)
 
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Zirə”  – “Keşlə” oyununda “Zirə” klubunun 2 nömrəli futbolçusu Sərtan Taşkın qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Zirə”  – “Keşlə” oyununda “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına görə 2 oyun cəzalanır klub 1600 manat cərimə olunur. (maddə 61.1, maddə 75)
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Zirə”  – “Keşlə” oyununda “Zirə” klubunun məşqçisi Eltun Yaqublu texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına, hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 10 oyun cəzalanır klub 8000 manat cərimə olunur. (maddə 43.2 , maddə 61.1, maddə 75)
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Zirə”  – “Keşlə” oyununda stadiona qanunsuz daxil olanlara görə meydan sahibi klub 800 manat cərimə olunur. (maddə 92)
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Zirə”  – “Keşlə” oyununda matçdan sonra köməkçi hakimə (Pərvin Talıbova) qarşı naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur. (maddə 49.1)
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Zirə”  – “Keşlə” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
25.04.2021-ci ildə Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun rəsmi şəxsi Miloş Jevtic təhqiredici hərəkətə görə qırımızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır klub 4000 manat cərimələnir. (maddə 41.4) (araşdırma bitmişdir)
 
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Zirə”  – “Keşlə” oyununda “Zirə” klubunun futbolçusu Riçard Almeyda cəzalı olduğu halda meydana daxil olmasına görə 1 oyun cəzalanır klub 800 manat cərimə olunur. (maddə 75)
Baş Sponsor 
Partnyorlar