az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 17.05.2021 Çap
08.05.2021-ci ildə Premyer Liqanın XXVI turunun “Keşlə” – “Sumqayıt” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
08.05.2021-ci ildə Premyer Liqanın XXVI turunun “Keşlə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
İntizam Komitəsinin qərarları
14.05.2021-ci ildə Premyer Liqanın XXVII turunun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
06.05.2021-ci ildə I Divizionun XXV turunun “Sabah-2” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
07.05.2021-ci ildə I Divizionun XXV turunun MOİK – “Sumqayıt-2” oyununda matç gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur. (maddə 59.4)
 
07.05.2021-ci ildə I Divizionun XXV turunun “Zaqatala” – “Qaradağ Lökbatan” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
11.05.2021-ci ildə I Divizionun XXVI turunun “Neftçi-2” – “Sabah-2” oyununda “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
11.05.2021-ci ildə I Divizionun XXVI turunun “Turan Tovuz” – “Zaqatala” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
11.05.2021-ci ildə I Divizionun XXVI turunun “Turan Tovuz” – “Zaqatala” oyununda əsasnaməyə uyğun olaraq meydança sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 60)
 
11.05.2021-ci ildə I Divizionun XXVI turunun “Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” klubunun 45 nömrəli futbolçusu Seyxan Fərəcovun qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimələnir. (maddə 47)
 
11.05.2021-ci ildə I Divizionun XXVI turunun “Qaradağ Lökbatan” – MOİK oyununda matçın 47-ci dəqiqəsində MOİK  klubunun 45 nömrəli futbolçusu Hüseyn Hüseynlinin “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimələnir. (maddə 36.1)
 
27.04.2021-ci ildə Samir Abasovla bağlı qəbul edilən qərara 17.05.2021-ci ildə yenidən baxılmışdır, 27.04.2021-ci ildə 31 nömrəli protokolda qəbul edilən qərar öz qüvvəsində qalmışdır.
 
15.05.2021-ci ildə U-17 Kubokunun “Sabah” U17 – “Neftçi” PFK U17 oyununda “Sabah” U17 komandasının 10 nömrəli futbolçusu Firəddin Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
 
12.05.2021-ci ildə U-17 Kubokunun “Neftçi” İK İB – “Qarabağ” oyununda “Qarabağ” komandasının 3 nömrəli futbolçusu Xəyal Əkbərli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47).
 
12.05.2021-ci ildə U-17 Kubokunun “Səbail” – “Neftçi” oyununda “Neftçi” komandasının baş məşqçisi Elman Sultanov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 61.1)
 
13.05.2021-ci ildə Gənclər Kubokunun “Zirə” – “Kəpəz” oyununda matçın 45+2-ci dəqiqəsində “Zirə” komandasının 45 nömrəli futbolçusu Rəhim Cəfərli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. (maddə 41.3)
 
13.05.2021-ci ildə Gənclər Kubokunun “Zirə” – “Kəpəz” oyununda matçın 90+2-ci dəqiqəsində “Zirə” komandasının 14 nömrəli futbolçusu Peyman Səmədli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. (maddə 41.3)
 
16.05.2021-ci ildə Gənclər Kubokunun “Neftçi” PFK – “Kəpəz” FK oyununda “Neftçi” komandasının 44 nömrəli futbolçusu Xəqan Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
 
16.05.2021-ci ildə Gənclər Kubokunun “Qəbələ” – “Keşlə” İK İB oyununda “Qəbələ” komandasının 7 nömrəli futbolçusu Emil Səfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
Baş Sponsor 
Partnyorlar