az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 24.05.2021 Çap
19.05.2021-ci ildə Premyer Liqanın XXVIII turunun “Sabah” – “Zirə” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
İntizam Komitəsinin qərarları
19.05.2021-ci ildə Premyer Liqanın XXVIII turunun “Keşlə” – “Qəbələ” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
19.05.2021-ci ildə Premyer Liqanın XXVIII turunun “Keşlə” – “Qəbələ” oyununda matçın 75-ci dəqiqəsində “Keşlə”  klubunun 10 nömrəli futbolçusu Sezar Meza Kolli “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 1600 manat cərimələnir. (maddə 36.1)
 
19.05.2021-ci ildə Premyer Liqanın XXVIII turunun “Səbail” – “Sumqayıt” oyununda “Səbail” klubunun 55 nömrəli futbolçusu Adil Nağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimələnir. (maddə 47)
 
19.05.2021-ci ildə Premyer Liqanın XXVIII turunun “Neftçi” – “Qarabağ” oyununda hesab tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi klub 800 manat cərimələnir. (maddə 60)
 
19.05.2021-ci ildə Premyer Liqanın XXVIII turunun “Neftçi” – “Qarabağ” oyununda mətbuat konfransının keçirilməsi üçün lazımi şərait yaradılmadığına görə meydan sahibi klub 800 manat cərimələnir. (maddə 74.4)
 
19.05.2021-ci ildə Premyer Liqanın XXVIII turunun “Neftçi” – “Qarabağ” oyununda dəhlizə “A” buraxılışı olmayan şəxslər daxil olduğu üçün meydan sahibi klub 800 manat cərimələnir. (maddə 49.6)
 
19.05.2021-ci ildə Premyer Liqanın XXVIII turunun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimələnir. (maddə 47)
 
19.05.2021-ci ildə Premyer Liqanın XXVIII turunun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun mühafizəçiləri dəhlizdə, hakimlər otağının qarşısında iştirak etdiyi üçün klub 800 manat cərimələnir. (maddə 60)
 
17.05.2021-ci ildə I Divizionun XXVII turunun “Kəpəz” – “Sabah-2” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
17.05.2021-ci ildə I Divizionun XXVII turunun “Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda “Qarabağ-2” klubunun 15 nömrəli futbolçusu Musa Musazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimələnir. (maddə 47)
 
17.05.2021-ci ildə I Divizionun XXVII turunun “Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda “Qarabağ-2” klubu oyun protokolunu gecikdirdiyi üçün klub 80 manat cərimələnir. (maddə 54)
 
17.05.2021-ci ildə I Divizionun XXVII turunun “Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun oyun protokolunda adı qeyd olunmayan futbolçunu matça buraxdığı üçün “Qaradağ Lökbatan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir klub 400 manat cərimələnir.
 
17.05.2021-ci ildə I Divizionun XXVII turunun “Zaqatala” – “Neftçi-2” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
17.05.2021-ci ildə I Divizionun XXVII turunun “Zaqatala” – “Neftçi-2” oyununda “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
19.05.2021-ci ildə Gənclər Kubokunun “Kəpəz” – “Neftçi” oyununda matçın 63-cü dəqiqəsində “Neftçi” komandasının 20 nömrəli futbolçusu Cavad Qurbanlı “sonuncu ümid folu”-na görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
 
19.05.2021-ci ildə Gənclər Kubokunun “Kəpəz” – “Neftçi” oyununda matçın 72-ci dəqiqəsində “Neftçi” komandasının 5 nömrəli futbolçusu Hüseyin Babayev “sonuncu ümid folu”-na görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
 
19.05.2021-ci ildə Gənclər Kubokunun “Sabah” – “Səbail” oyununda matçın 74-cü dəqiqəsində “Sabah” komandasının 6 nömrəli futbolçusu Nemət Musayev “sonuncu ümid folu”-na görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
 
19.05.2021-ci ildə Gənclər Kubokunun “Keşlə” – “Qəbələ” oyununda “Keşlə” komandasının 5 nömrəli futbolçusu Ramin Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
 
18.05.2021-ci ildə U-17 Kubokunun “Qəbələ” U-17 – “Sumqayıt” U-17 oyununda “Sumqayıt” komandasının baş məşqçisi Zahir Əsgərzadə hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 61.1)
 
18.05.2021-ci ildə U-17 Kubokunun “Neftçi” U-17 – “Sabah” U-17 oyununda “Neftçi” komandasının baş məşqçisi Elman Sultanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır. (maddə 41.4)
 
18.05.2021-ci ildə U-17 Kubokunun “Neftçi” U-17 – “Sabah” U-17 oyununda “Sabah” komandasının 5 nömrəli futbolçusu Yelmar Aşurov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
 
21.05.2021-ci ildə U-17 Kubokunun “Neftçi” U-17 – “Qəbələ” U-17 oyununda “Neftçi” komandasının 18 nömrəli futbolçusu Fuad Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
Baş Sponsor 
Partnyorlar