az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 26.08.2021 Çap
21 avqust, Premyer Liqanın II turunun “Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
İntizam Komitəsinin qərarları
21 avqust, Premyer Liqanın II turunun “Qəbələ” – “Keşlə” oyununda matçın 90+5-ci dəqiqəsində “Keşlə” klubunun 4 nömrəli futbolçusu Şəhriyar Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 3200 manat cərimə olunur. (maddə 41.3)
 
22 avqust, Premyer Liqanın II turunun “Zirə” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
Baş Sponsor 
Partnyorlar