az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 07.10.2021 Çap
01.10.2021-ci ildə Premyer Liqanın VI turunun “Zirə” – “Sumqayıt” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 800 manat cərimə olunur. (maddə 84)
 
İntizam Komitəsinin qərarları
02.10.2021-ci ildə Premyer Liqanın VI turunun “Keşlə” – “Sabah” oyununda   “Sabah” klubunun bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyinə görə klub 800 manat cərimə olunur. (maddə 61.3)
 
02.10.2021-ci ildə Premyer Liqanın VI turunun “Keşlə” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)

02.10.2021-ci ildə Premyer Liqanın VI turunun “Keşlə” – “Sabah” oyununda mətbuat konfransı zamanı “Sabah” klubunun baş məşqçisi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilsin.

04.10.2021-ci ildə I Divizionun III turunun “Keşlə-2” – “Qəbələ-2” oyununda “Keşlə-2” klubunun qapıçısının formasında qüsur olduğundan oyunun ikinci hissəsi gec başlandığı üçün klub 80 manat cərimə olunur. (maddə 69.5)

30.09.2021-ci ildə Gənclər Liqasının “Sumqayıt” – “Səbail” oyununda “Sumqayıt” komandasının 11 nömrəli futbolçusu Mübariz Hüseynzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

30.09.2021-ci ildə Gənclər Liqasının “Sumqayıt” – “Səbail” oyununda matçın 83-cü dəqiqəsində “Sumqayıt” komandasının 19 nömrəli futbolçusu İlkin Hüseynov “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. (maddə 36.1)

02.10.2021-ci ildə U-17 Liqasının “Keşlə” – “Neftçi” PFK oyununda matçın 32-ci dəqiqəsində “Neftçi” PFK komandasının 11 nömrəli futbolçusu İbrahim İbrahimli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. (maddə 41.3)

01.10.2021-ci ildə U-16 Liqasının “Səbail” – “Keşlə” oyununda “Səbail” komandasının 4 nömrəli futbolçusu Əli Novruzov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

02.10.2021-ci ildə U-15 Liqasının “Sabah” – “Zaqatala” oyununda “Zaqatala” komandasının 4 nömrəli futbolçusu Səxavət İmanov oyunun 36-cı dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

01.10.2021-ci ildə Yüksək Liqasının I turunun “U 19” – “Xilə” oyununda “U 19” komandasının 8 nömrəli futzalçısı Asiman Yusubov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

01.10.2021-ci ildə Yüksək Liqasının I turunun “Record club.az” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 10 nömrəli futzalçısı Felipinyo qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
Baş Sponsor 
Partnyorlar