az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 29.12.2021 Çap
23.12.2021-ci il tarixində U-17 Liqasının “Turan Tovuz” – “Qarabağ” oyununun 90+5-ci dəqiqəsində “Turan Tovuz” komandasının 3 nömrəli futbolçusu Rafiq Abdullayev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.1).
İntizam Komitəsinin qərarları
25.12.2021-ci il tarixində U-17 Liqasının “Sumqayıt” – “Keşlə” oyununun 73-cü dəqiqəsində “Sumqayıt” komandasının 3 nömrəli futbolçusu Anar Əhmədzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3).
 
25.12.2021-ci il tarixində U-17 Liqasının “Sumqayıt” – “Keşlə” oyununda “Sumqayıt” komandasının 5 nömrəli futbolçusu Sənan Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
26.12.2021-ci il tarixində U-14 Liqasının UGİŞM-1 (Sumqayıt) – ROFM-2 (Sumqayıt) oyununun 65-ci dəqiqəsində ROFM-2 komandasının 12 nömrəli futbolçusu Fərid Həsənzadə “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
 
25.12.2021-ci il tarixində U-14 Liqasının “Turan Tovuz” – Gəncə TİM oyununda “Turan Tovuz” komandasının 4 nömrəli futbolçusu Hüseyn Atayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
26.12.2021-ci il tarixində U-14 Liqasının “İdman-Liseyi” (Gəncə) – “Olimpiya” İK oyununda “İdman-Liseyi” (Gəncə) komandasının 10 nömrəli futbolçusu Sənan Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
26.12.2021-ci il tarixində U-14 Liqasının “İdman-Liseyi” (Gəncə) – “Olimpiya” İK oyununda “İdman-Liseyi” (Gəncə) komandasının 2 nömrəli futbolçusu Hüseyn Süleymanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
25.12.2021-ci il tarixində Coca-Cola U-13 Liqasının “Leon” FK – “Sabah” oyununun 57-ci dəqiqəsində “Sabah” komandasının 11 nömrəli futbolçusu Hüseyn Allahverdiyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 41.1).
 
25.12.2021-ci il tarixində Coca-Cola U-13 Liqasının “Leon” FK – “Sabah” oyununun 57-ci dəqiqəsində “Leon” FK komandasının 3 nömrəli futbolçusu Nihat Hacıyevin “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
 
26.12.2021-ci il tarixində U-12 Liqasının “Vətən” RİOEUGFM – “Neftçi” PFK oyununun 43-cü dəqiqəsində “Neftçi” PFK komandasının məşqçisi Alim Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.4).
 
26.12.2021-ci il tarixində U-12 Liqasının “Neftçi” İK – “Gənclik” İK oyununun 56-cı dəqiqəsində “Gənclik” İK komandasının 7 nömrəli futbolçusu Davud Əbilov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 36.1).
 
25.12.2021-ci il tarixində Yüksək Qızlar Liqasının “Qəbələ” FK – “Nuxa” (Şəki) oyununda “Qəbələ” komandası oyunun ikinci hissəsində meydana çıxmadığı üçün hesab olduğu kimi saxlanılmaqla komandaya texniki məğlubiyyət verilir (maddə 52.1).
 
25.12.2021-ci il tarixində Yüksək Qızlar Liqasının “Gömrükçü” FK – “Xırdalan City” oyununun 74-cü dəqiqəsində “Gömrükçü” FK komandasının 8 nömrəli futbolçusu Nazilə Mürsəlova “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
Baş Sponsor 
Partnyorlar