az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 10.06.2022 Çap
28.05.2022-ci il tarixində U-14 Liqasının “Sabah” – “Şamaxı” oyununda matçın 67-ci dəqiqəsində “Şamaxı” komandasının məşqçisi Toğrul Əhmədov hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 47).
İntizam Komitəsinin qərarları
29.05.2022-ci il tarixində U-14 Liqasının “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının 9 nömrəli futbolçusu Raul Abbasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
29.05.2022-ci il tarixində U-14 Liqasının “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının 19 nömrəli futbolçusu Elşən Atakişiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
01.06.2022-ci il tarixində U-14 Liqasının “Neftçi” – “Zirə” oyununda “Zirə” komandasının 3 nömrəli futbolçusu Bahadur Quliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
01.06.2022-ci il tarixində U-14 Liqasının “Neftçi” – “Zirə” oyununda matç bitdikdən sonra “Neftçi” komandasının 4 nömrəli futbolçusu Fərid Kərimli aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
 
01.06.2022-ci il tarixində U-14 Liqasının “Neftçi” – “Zirə” oyununda matç bitdikdən sonra “Neftçi” komandasının 12 nömrəli futbolçusu Elşən Nəsirov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
 
01.06.2022-ci il tarixində U-14 Liqasının “Neftçi” – “Zirə” oyununda matç bitdikdən sonra “Zirə” komandasının 6 nömrəli futbolçusu Qurban Cəlilov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
 
01.06.2022-ci il tarixində U-14 Liqasının “Neftçi” – “Zirə” oyununda matç bitdikdən sonra “Zirə” komandasının 22 nömrəli futbolçusu Kərim Şükürlü aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
 
28.05.2022-ci il tarixində Coca-Cola U-13 Liqasının “Səbail” – “Sumqayıt” oyununda “Səbail” komandasının məşqçisi Elnur Abdullayev meydana daxil olaraq hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
31.05.2022-ci il tarixində Coca-Cola U-13 Liqasının UGİŞM-1 (Sumqayıt) – “Neftçi” oyununda “Neftçi” komandasının 12 nömrəli futbolçusu Nurəziz Əzizov oyunun 47-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
01.06.2022-ci il tarixində U-12 Liqasının “Vətən” RİOEUGFM – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 15 nömrəli futbolçusu Mehdi Hüseyn oyunun 25-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
05.06.2022-ci il tarixində Həvəskar Liqasının “Mübariz” (Binə) – “Balaxanı” FK oyununda “Balaxanı” FK komandasının 12 nömrəli futbolçusu Məmmədvəli Zeynalxanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
04.06.2022-ci il tarixində Həvəskar Liqasının “Çinar” (Zəngilan) – “Qobustan” FK oyununda matçın 65-ci dəqiqəsində “Qobustan” FK komandasının baş məşqçisi Elbrus Baxşəliyev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 61.1).
 
05.06.2022-ci il tarixində U-12 Liqasının UGİŞM-1 – “Sabah” FK oyununda UGİŞM-1 komandasının 6 nömrəli futbolçusu Ömər Novruzov oyunun 33-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
29.05.2022-ci il tarixində Həvəskar Liqasının “City Baku” – “Mübariz” (Binə) oyununda “City Baku” komandasının heyətində adı protokolda olmayan oyunçu matçda iştirak etdiyi üçün “City Baku” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 50.6).
 
 
Baş Sponsor 
Partnyorlar