az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 21.11.2022 Çap
17.11.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın VII turunun “Araz Naxçıvan”  - “Record club” oyununda “Araz Naxçıvan” komandasının oyunçusu Fərid Ələkbərov oyunun 8-ci dəqiqəsində ciddi kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Fərid Ələkbərov 2 oyun cəzalansın. (maddə 36.1)
İntizam Komitəsinin qərarları
17.11.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın VII turunun “Araz Naxçıvan” - Record club” oyununda “Record club” komandasının oyunçusu Mahyar Pourniazi oyunun 13-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Mahyar Pourniazi 1 oyun cəzalansın. (maddə 47.1)
 
17.11.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın VII turunun “Araz Naxçıvan”  -  “Record club” oyununda “Record club” komandasının oyunçusu Elmir Xəlilov oyunun 36-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Elmir Xəlilov 1 oyun cəzalansın. (maddə 47.1)

17.11.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın VII turunun “Alyans” FK  -  “Neftçi” İK İB oyununda “Neftçi” İK İB komandasının oyunçusu Əjdər Əjdərov oyunun 37-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Əjdər Əjdərov 1 oyun cəzalansın. (maddə 47.2)
 
10.11.2022-ci il tarixində AFFA U-17 Liqasının XV turunun ROFM – “Xan Lənkəran” oyununda ROFM klubunun 13 nömrəli futbolçusu Şakir Rəsulovun oyunun 84-cü dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyi üçün   qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Şakir Rəsulov 1 oyun cəzalansın. (maddə 47.1)
 
10.11.2022-ci il tarixində AFFA U-17 Liqasının XV turunun “Turan Tovuz” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 1 nömrəli futbolçusu Murad Ağamaliyev oyunun 40-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Murad Ağamaliyev 1 oyun cəzalansın. (maddə 47.1)
 
12.11.2022-ci il tarixində AFFA U-10 Liqasının VII turunun İCBFA – 8 N-li İOEUGİM oyununda 8 N-li İOEUGİM klubunun heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamağına görə 8 N-li İOEUGİM komandasına 0:3 hesabı ilə məğlubiyyət verilsin. (maddə 55.1) Bu hal ikinci dəfə təkrarlanır.
 
12.11.2022-ci il tarixində AFFA U-14 Liqasının II turunun “Kəpəz” PFK – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” klubunun baş məşqçisi Şahin Kərimov oyunun 43-cü dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Şahin Kərimov 3 oyun cəzalansın. (maddə 41.4)
 
12.11.2022-ci il tarixində AFFA U-14 Liqasının VIII turunun “Leon” – “Lion” oyununda “Lion” klubunun 7 nömrəli futbolçusu Hüseyn Hüseynovun oyunun 47-ci dəqiqəsində rəqibi əllə itələyərək təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Hüseyn Hüseynov 1 oyun cəzalandırılsın. (maddə 37.1)
 
12.11.2022-ci il tarixində AFFA U-14 Liqasının VIII turunun “Leon” – “Lion” oyununda “Leon” klubunun 9 nömrəli futbolçusu Abbas Zeynalovun oyunun 47-ci dəqiqəsində rəqibi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Abbas Zeynalov 1 oyun cəzalandırılsın. (maddə 41.1)
 
12.11.2022-ci il tarixində AFFA U-12 Liqasının VII turunun “Mübariz FA 12” – 8 N-li İOEUGİM (Bakı) 12 oyununda “Mübariz FA U-12” klubunun heyətində yetərsay olmadığı üçün 0:3 hesabı ilə texniki məğlubiyyət verilsin. (maddə 55.1) Bu hal ikinci dəfə təkrarlanır.
 
12.11.2022-ci il tarixində AFFA U-17 Liqasının XVI turunun “Şamaxı” – “Xan Lənkəran” oyununda “Xan Lənkəran” klubunun 19 nömrəli oyunçusu Səlim Əliyevin oyunun 71-ci dəqiqəsində ciddi qayda pozuntusu etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Səlim Əliyev 2 oyun cəzalandırılsın. (maddə 37.1)
 
13.11.2022-ci il tarixində AFFA U-12 Liqasının VIII turunun “Sumqayıt” FK – “Neftçi” PFK oyununda “Neftçi” PFK klubunun inzibatçısı Sabir Hacıyevin oyunun 42-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Sabir Hacıyev 3 oyun cəzalandırılsın. (maddə 41.4)
 
13.11.2022-ci il tarixində AFFA U-17 Liqasının XVI turunun “Qarabağ”  – ROFM oyununda ROFM klubunun 21 nömrəli oyunçusu Emil Gözəlovun oyunun 52-ci dəqiqəsində düşüncəsiz hərəkət etdiyinə görə ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Emil Gözəlov 1 oyun cəzalandırılsın. (maddə 47.1).
 
13.11.2022-ci il tarixində AFFA U-17 Liqasının XVI turunun “Qarabağ”  – ROFM oyununda “Qarabağ” klubunun 3 nömrəli oyunçusu Səbuhi Niftiyevin oyunun 62-ci dəqiqəsində düşüncəsiz hərəkəti  etdiyi üçün bir oyunda ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Səbuhi Niftiyev 1 oyun cəzalandırılasın. (maddə 47.1)
 
13.11.2022-ci il tarixində AFFA U-17 Liqasının XVI turunun “Qarabağ”  – ROFM oyununda “Qarabağ” klubunun 19 nömrəli oyunçusu Elton Babazadənin oyunun 86-ci dəqiqəsində rəqibi aşkar qoldan məhrum etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Elton Babazadə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
13.11.2022-ci il tarixində AFFA U-17 Liqasının XVI turunun “Səbail”  – “Zirə”  oyununda “Zirə”  klubunun 11 nömrəli oyunçusu Nuran Muradlının oyunun 66-cı dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Nuran Muradlı 4 oyun cəzalandırılsın. (maddə 41.3)
 
13.11.2022-ci il tarixində AFFA U-17 Liqasının XVI turunun “Səbail”  – “Zirə” oyununda “Səbail” klubunun 21 nömrəli oyunçusu İbrahim Əsədovun oyunun 77-cı dəqiqəsində ciddi qayda pozuntusu etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə İbrahim Əsədov 2 oyun cəzalansın. (maddə 37.1)
 
19.11.2022-ci il tarixində AFFA U-13 Liqasının VIII turunun “Ramana İM”  – “Lokomotiv Baku”   oyununda “Ramana İM”  klubu oyuna vaxtında gəlmədiyi üçün “Ramana İM” klubu AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan xaric olunsun. (Maddə 55.5, Maddə 10.6) Bu hal artıq 3-cü dəfə təkrarlanır.
 
13.11.2022-ci il tarixində AFFA U-13 Liqasının VIII  turunun “Mil-Muğan” – “İmişli” oyununda “İmişli”  klubunun baş məşqçisi Samid Həsənovun oyunun 25-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Samid Həsənov 3 oyun cəzalandırılsın. (maddə 41.4)
 
12.11.2022-ci il tarixində AFFA U-15 Liqasının XI  turunun “Baku Sporting”  – “Azad” oyununda “Baku Sporting” klubunun 12 nömrəli oyunçusu Bəxtiyar Səfərlinin oyunun 77-ci dəqiqəsində qeyri idman hərəkəti etdiyi üçün ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Bəxtiyar Səfərli 1 oyun cəzalansın. (maddə 47.1)
 
10.11.2022-ci il tarixində AFFA Gənclər Liqasının “Neftçi” PFK  – “Qarabağ” FK oyununda “Qarabağ” FK klubunun 4 nömrəli oyunçusu Rəşid Soinoğlu oyunun 78-ci dəqiqəsində ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Rəşid Soinoğlu 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
13.11.2022-ci il tarixində AFFA U-13 Liqasının “Odlar Yurdu  (Sumqayıt)”    – “ROFM-Buzovna” oyununda “Odlar Yurdu (Sumqayıt)” klubunun baş məşqçisi Elman Məmmədovun oyunun 59-cu dəqiqəsində hakimə qarşı təcəvüzkar davranış etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Elman Məmmədov 10 oyun cəzalandırılsın. (maddə 37.10, maddə 37.8)
 
10.11.2022-ci il tarixində AFFA Gənclər Liqasının “Sabah” FK  – İCBFA   oyununda “Sabah” klubunun 5 nömrəli oyunçusu Nihat Cabbarovun oyunun 88-ci dəqiqəsində qeyri idman hərəkəti etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Nicat Cabbarov 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
10.11.2022-ci il tarixində AFFA Gənclər Liqasının “Səbail” FK  – “Zirə” PFK   oyununda “Zirə”  klubunun 2 nömrəli oyunçusu Talib Ramazanovun oyunun 90+3-cü dəqiqəsində ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Talib Ramazanov1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
12.11.2022-ci il tarixində AFFA U-13 Liqasının “Dortmund Bakı” – “Ramana” oyununda “Ramana İM” klubu oyuna vaxtında gəlmədiyi üçün oyun keçirilməməsi səbəbindən “Ramana İM” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.10)
 
Baş Sponsor 
Partnyorlar