az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 09.12.2022 Çap
02.12.22-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam) oyununda “Neftçi” komandası azarkeşləri tərəfindən təhqiredici ifadələrin işlənməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilsin (maddə 41.7.)
 
İntizam Komitəsinin qərarları
02.12.22-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam) oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsinə görə “Qarabağ” klubu 800 manat cərimə edilsin (maddə 51.2.)
 
03.12.22-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Sabah” (Bakı) – “Şamaxı” oyununda “Sabah” komandasının 11 nömrəli oyunçusu Kristian Sebalyos oyunun 24-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün oyunlardan 2 oyun kənarlaşdırılsın və “Sabah” klubu 1600 manat cərimə edilsin (maddə 37.1.)
 
03.12.22-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Sabah” (Bakı) – “Şamaxı” oyununda “Şamaxı” komandasının 22 nömrəli oyunçusu Elçin Mustafayev oyunun 75-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün oyunlardan 2 oyun kənarlaşdırılsın və “Şamaxı” klubu 1600 manat cərimə edilsin (maddə 36.1.)
 
04.12.22-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Kəpəz” (Gəncə) – “Sumqayıt” oyununda “Kəpəz” komandasının qapıçısının formasında qüsur olduğu üçün oyunun vaxtında başlamamasına görə “Kəpəz” klubu 800 manat cərimə edilsin (maddə 69.5.)
 
04.12.22-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Kəpəz” (Gəncə) – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 6 nömrəli oyunçusu Vüqar Mustafayev oyunun 83-cü dəqiqəsində ikinci sarı vərəqə aldığı üçün 1 oyun oyunlardan kənarlaşdırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.1.)
 
06.12.2022-ci il tarixində I Divizionun XIII turunun “Şamaxı-2” – “Kəpəz-2” (Gəncə) oyununda Təcili Tibbi yardım maşınının gecikməsinə görə “Şamaxı-2” klubu 160 manat cərimə edilsin. (maddə 59.4)
 
06.12.2022-ci il tarixində I Divizionun XIII turunun “Şamaxı-2” – “Kəpəz-2” (Gəncə) oyununda polis nümayəndəsinin iclasa gecikməsinə görə “Şamaxı-2” klubu 40 manat cərimə edilsin. (maddə 62.2)
 
05.12.2022-ci il tarixində I Divizionun XIII turunun “Zaqatala” – “Turan Tovuz-2” oyununda “Zaqatala” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39.)
 
06.12.2022-ci il tarixində I Divizionun XIII turunun “İmişli” – “Sumqayıt-2” oyununda “İmişli” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39.)
 
05.12.2022-ci il tarixində I Divizionun XIII turunun “Qaradağ Lökbatan” – MOİK oyunu xərək daşıyanlarla təmin edilmədiyi üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilsin (maddə 64.1).
 
08.12.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın X turunun “Alyans” FK – “Baku Fire” oyununda “Alyans” FK  təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Alyans” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.1)
 
01.12.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın IX turunun U-19 - “Alyans” FK oyununda “Alyans” komandasının qapıçısı İmran Məhərrəmov oyunun 32-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün İmran Məhərrəmov 1 oyun cəzalandırılsın. (maddə 47.2)
 
01.12.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın IX turunun U-19  -  “Alyans” FK  oyununda “Alyans” komandasının heyətində ehtiyat qapıçı olmadığına görə Futzal oyun qaydalarına müvafiq olaraq, oyunun bərpası mümkünsüz oldu və oyunda U-19 komandasının xeyrinə 6-1 hesabı olduğu halda oyun dayandırıldı və oyunun hesabı olduğu kimi saxlanılsın.
 
01.12.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın VIII turunun “Baku Fire-2”  -  “Şuşa” oyununda “Baku Fire-2” komandasının qapıçısı İlqar Rzayev oyunun 03:43-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün İlqar Rzayev 1 oyun cəzalandırılsın. (maddə 47.2)
 
04.12.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın VIII turunun “Rəvan” – “Flaqman” oyununda “Flaqman” komandasının oyunçusu Əyyar Kərimov oyunun 25:22-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Əyyar Kərimov 1 oyun cəzalandırılsın. (maddə 47.2)
 
04.12.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın VIII turunun “Timsport” – “Xan Lənkəran” oyununda “Timsport” komandasının qapıçısı Şahin Dadaşzadə oyunun 02:33-cü dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Şahin Dadaşzadə 1 oyun cəzalandırılsın. (maddə 47.2)
 
3 dekabr 2022-ci il tarixində AFFA Region Liqasında keçirilən VT (Gəncə) –“Qala” (Şəmkir) oyununda VT (Gəncə) komandasının heyətində 3 nömrəli futbolçu Bünyamin Ələsgərov qarşılaşmanın 67-ci dəqiqəsində texniki zona qaydalarını pozub hakimə sərt şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın. (maddə 41.3)
 
20 noyabr 2022-ci il tarixində AFFA Region Liqasında keçirilən “Ağsu Siti” – “Füzuli” oyununda “Ağsu Siti” komandasının heyətində adı protokolda qeyd edilməyən və peşəkar statusu olan Tural Nəsirovun (MOİK) oynamasına görə  “Ağsu Siti” klubuna 0:3 hesablı məğlubiyyət verilsin. (maddə 50.6)
 
1 dekabr 2022-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən “Qəbələ” – “Sabah” oyununda “Sabah” komandasının heyətində 5 nömrəli futbolçu Nihat Cabbarov qarşılaşmanın 85-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Nihat Cabbarov 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
2 dekabr 2022-ci il tarixində AFFA U-16 Liqasında keçirilən “Turan Tovuz” - İFA oyununda “Turan Tovuz” komandasının heyətində 6 nömrəli futbolçu Əli Qasımov qarşılaşmanın 69-cu dəqiqəsində ciddi qayda pozuntusuna (rəqibə ayaqla zərbə) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın. (maddə 37.3)
 
3 dekabr 2022-ci il tarixində AFFA U-17 Liqasında keçirilən “Kəpəz” – “Zirə” oyununda “Kəpəz” komandasının heyətində 5 nömrəli futbolçu Sərxan İbrahimov qarşılaşmanın 90+4-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.2)
 
4 dekabr 2022-ci il tarixində AFFA U-17 Liqasında keçirilən ROFM – “Neftçi” PFK oyununda “Neftçi” komandasının heyətində 14 nömrəli futbolçu Səbuhi İmaməliyev qarşılaşmanın 59-cu dəqiqəsində qeyri-idman hərəkətinə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
AFFA U-14 Liqasında iştirak edən “Xəzri” İK komandası öz xahişi ilə mövsümün qalan hissəsində iştirakdan imtina etdiyinə görə bundan sonra AFFA və PFL-in himayəsi altında keçirilən bütün yarışlardan xaric olunur və iştirak etdiyi oyunların sayı 50%-i keçibsə, bu zaman bütün digər qalan oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilir. (maddə 55.4) 
Qeyd: “Xəzri” İK komandası oyunların 50% hissəsində iştirak etmişdir.
 
23 noyabr 2022-ci il tarixində AFFA U-11 Liqasında keçirilməli olan “Sumqayıt” FK – “Neftçi” PFK qarşılaşmasında “Sumqayıt” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Sumqayıt” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.1)
 
Baş Sponsor 
Partnyorlar