az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 03.02.2023 Çap
30.01.2023-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Sumqayıt” – “Turan Tovuz” oyununda Turan Tovuz klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).
İntizam Komitəsinin qərarları
31.01.2023-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Səbail” – “Kəpəz” oyununda “Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).
 
31.01.2023-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Səbail” – “Kəpəz” oyununda “Səbail” klubu xərəkdaşıyanların say tərkibini pozduğuna görə klub 800 manat cərimə olunur (maddə 64.1).
 
01.02.2023-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Qəbələ” - “Sabah” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).
 
01.02.2023-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Qəbələ” - “Sabah” oyununda “Qəbələ” klubunun oyunçusu Ruan Renator ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılır və klub 200 manat cərimə olunur (maddə 47.1).

01.02.2023-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Qəbələ” - “Sabah” oyununda “Sabah” klubunun 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə görə klub 800 manat cərimə olunur (maddə 39).
 
01.02.2023-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Neftçi” - “Zirə” oyununda “Zirə” klubunun oyunçusu Donald Geryenin ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılır və klub 200 manat cərimə olunur (maddə 47.1).

28 yanvar 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Şirvanovka” – “Qusar” FK oyununda “Qusar” FK komandasının heyətində 9 nömrəli futbolçu Sərxan Ağayev qarşılaşmanın 75-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın. (maddə 41.3).
 
27 yanvar 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” – İCBFA oyununda İCBFA komandasının heyətində 4 nömrəli futbolçu Nihad Mahmudzadə qarşılaşmanın 80-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1).
 
29 yanvar 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən ROFM – “Sabah” oyununda ROFM komandasının heyətində 10 nömrəli futbolçu Əşrəf Ələkbərli qarşılaşmanın 79-cu dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1).
 
29 yanvar 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Xan Lənkəran” – “Turan Tovuz” oyununda “Xan Lənkəran” komandasının heyətində 99 nömrəli futbolçu Tahir Yusubzadə qarşılaşmanın 90+3-cü dəqiqəsində rəqib oyunçunu vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın. (maddə 37.3).
 
29 yanvar 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Xan Lənkəran” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının heyətində 8 nömrəli futbolçu Dinamin Bağırov qarşılaşmanın 90+3-cü dəqiqəsində rəqib oyunçunu vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın. (maddə 37.3).
 
28 yanvar 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Şamaxı” – “Kəpəz” oyununda “Şamaxı” komandasının heyətində 16 nömrəli futbolçu İsmayıl İsayev qarşılaşmanın 90+4-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1).
 
27 yanvar 2023-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Səbail” –“Sumqayıt” oyununda “Sumqayıt” komandasının heyətində 18 nömrəli futbolçu Ceyhun Ağazadə qarşılaşmanın 90+4-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1).
 
28 yanvar 2023-cü il tarixində AFFA U-13 Liqasında keçirilən EFA – “Azart” oyununda “Azart” komandasının baş məşqçisi Səxavət Ağazadə 21-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.3).
 
28 yanvar 2023-cü il tarixində AFFA U-13 Liqasında keçirilən  “Vətən” RİOEUGFM – “Baku Boys” oyununda “Baku Boys” komandasının köməkçi məşqçisi Eldəniz Rzayev qarşılaşmanın 29-cu dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.3).
 
28 yanvar 2023-cü il tarixində AFFA U-11 Liqasında keçirilməli olan “Xudafərin” – “Binə” FK qarşılaşmasında “Xudafərin” klubunun heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamasına görə  “Xudafərin” komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilsin. (maddə 55.1).
 
AFFA Region Liqasında çıxış edən “Dirçəliş” FK-nın oyunçusu Pərviz Əliyevin cəzasının çəkilməmiş hissəsinin bağışlanması ilə əlaqədar klub tərəfindən edilən müraciət təmin edilməsin.
Baş Sponsor 
Partnyorlar