az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 10.03.2023 Çap
07.03.2023-cü il tarixində I Divizionun XX turunun “Zirə-2” – “Qəbələ-2” oyununda “Zirə-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilsin (maddə 39).
İntizam Komitəsinin qərarları
07.03.2023-cü il tarixində I Divizionun XX turunun “Zaqatala” – “Neftçi-2” oyunundan əvvəl Peşəkar Futbol Liqasının himni səsləndirilmədiyinə görə “Zaqatala” klubu 80 manat cərimə edilsin (maddə 84).
07.03.2023-cü il tarixində I Divizionun XX turunun “Zaqatala” – “Neftçi-2” oyununda “Zaqatala” klubunun 11 nömrəli futbolçusu Valeh Qəhrəmanlı görüşün 60-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalansın, klub 320 manat cərimə edilsin (maddə 37.3).
07.03.2023-cü il tarixində I Divizionun XX turunun “Kəpəz-2” – MOİK oyununda MOİK klubunun 15 nömrəli futbolçusu Rüstəm Rüstəmov görüşün 86-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 2 oyun cəzalansın, klub 160 manat cərimə edilsin (maddə 36.1).
08.03.2023-cü il tarixində I Divizionun XX turunun “Qarabağ-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilsin (maddə 39).
08.03.2023-cü il tarixində I Divizionun XX turunun “İmişli” – “Qaradağ Lökbatan” oyununda “İmişli” klubunun 5 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39).
08.03.2023-cü il tarixində I Divizionun XX turunun “İmişli” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39).
08.03.2023-cü il tarixində I Divizionun XX turunun “İmişli” – “Qaradağ Lökbatan” oyunundan sonra “Qaradağ Lökbatan” klubunun məşqçisi Rafael Əmirbəyov meydançaya daxil olaraq baş hakimə kəskin şəkildə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığına görə 1 oyun cəzalansın, klub 80 manat cərimə edilsin (maddə 47.3).
4 mart 2023-cü il tarixində AFFA Region Liqasında keçirilməli olan “Qala” (Şəmkir) – “Şəki” FK qarşılaşmasında “Şəki” FK komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun baş tutmamasına görə “Şəki” FK klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1).
25 fevral 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Çinar” (Zəngilan) - İCBFA oyununda İCBFA komandasının heyətində 9 nömrəli futbolçu Mohammadamin Mohebi Nejad və 6 nömrəli futbolçu Alıreza Rahimi Azərbaycanda 2 ildən az müddətdə yaşayan futbolçular olmasının aşkarlanması, beləliklə əsasnamənin 5.2-ci maddəsinin tələblərinin pozulmasına görə İCBFA klubuna 0:3 hesablı texniki məğlubiyyətn verilsin və İCBFA klubuna xəbərdarlıq edilsin. (maddə 50.5).
5 mart 2023-cü il tarixində AFFA Region Liqasında keçirilməli olan “Gənclik” İK – “Dirçəliş” oyununda “Gənclik” İK komandası tərəfindən təhlükəsizlik (polis) təmin edilmədiyi üçün oyunun baş tutmamasına görə “Gənclik” İK klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 59.2).
5 mart 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Atletik Bakı” – “Qusar” FK oyununda “Atletik Bakı” komandasının heyətində 5 nömrəli futbolçu Ruhil Niftiyev qarşılaşmanın 82-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1).
3 mart 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Turan Tovuz” – “Zirə” oyununda “Zirə” komandasının heyətində 8 nömrəli futbolçu Nuran Muradlı qarşılaşmanın 35-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).
4 mart 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Şamaxı” - ROFM oyununda “Şamaxı” komandasının baş məşqçisi Vəli Hüseynov qarşılaşmanın 73-cü dəqiqəsində hakimi təhqir etdiyinə etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılsın. (maddə 41.4).
3 mart 2023-cü il tarixində AFFA U-16 Liqasında keçirilən EFA – “Səbail” oyununda EFA komandasının heyətində 31 nömrəli futbolçu Dəmrəl Nəsibov qarşılaşmanın 89-cu dəqiqəsində düşüncəsiz hərəkətə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).
4 mart 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən İCBFA – “Baku Sporting” oyunu bitdikdən sonra İCBFA komandasının 5 nömrəli futbolçusu Ömər Şahgəldi və Baku Sporting komandasının 20 nömrəli futbolçusu Nail Məmmədli bir-birilərini təhqir edərək dava etdiyinə görə hər bir futbolçu 3 oyun cəzalandırılsın. (maddə 41.1).
5 mart 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Şimal Elit” – “Neftçi” İK İB oyununda “Neftçi” İK İB komandasının heyətində turu buraxmalı olan Murad Mikayılov protokolda 14 nömrəli futbolçu Səccad Vəlizadənin adı ilə meydana çıxdığına görə “Neftçi” İK İB klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 50.2).
5 mart 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Lion” - EFA oyununda EFA komandasının heyətində 99 nömrəli futbolçu Bayram Quliyev qarşılaşmanın 75-ci dəqiqəsində aqressiv davranışa (rəqibi vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 37.1).
5 mart 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Lion” - EFA oyununda Lion komandasının 10 nömrəli futbolçusu Həsən Hüseynov qarşılaşmanın 75-ci dəqiqəsində aqressiv davranışa (rəqibi vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 37.1).
5 mart 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Lion” - EFA oyununda “Lion” klubunun cəzalı rəsmi şəxsi Həmid Əliyev oyunun 74-cü dəqiqəsində AFFA nümayəndəsinə təhqiredici və nalayiq ifadələr işlətdiyinə, fiziki təzyiq göstərdiyinə və bu hal dəfələrlə yaşandığına görə 20 oyun cəzalandırılsın, “Lion” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 37.8, maddə 37.10).
5 mart 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Lion” - EFA oyununda “Lion” klubunun cəzalı rəsmi şəxsi Mirhadı Abdullayev AFFA nümayəndəsinə təhqiredici və nalayiq ifadələr işlətdiyinə, fiziki təzyiq göstərdiyinə və bu hal dəfələrlə yaşandığına görə  20 oyun cəzalandırılsın (maddə 37.8, maddə 37.10).
 
5 mart 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilməli olan “Turan Tovuz” – “Azəri” qarşılaşmasında “Azəri” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun baş tutmamasına görə “Azəri” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1).
5 mart 2023-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Real” FK – “Astara” oyununda “Astara” komandasının baş məşqçisi Qəhrəman Mirzəyev oyununun 40-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın. (maddə 41.4).
5 mart 2023-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Baku Sporting” – “Baku” FA oyununda “Baku” FA komandasının heyətində 12 nömrəli futbolçu Həmid İlyaszadə qarşılaşmanın 12-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).
5 mart 2023-cü il tarixində AFFA U-13 Liqasında keçirilməli olan “Dortmund Bakı” – “Sahil” FA qarşılaşmasında “Dortmund Bakı” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun baş tutmamasına görə “Dortmund Bakı” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin və bu hal üçüncü dəfə təkrarlandığı üçün komanda yarışlardan kənarlaşdırılsın. (maddə 55.1)
Dortmund Bakı komandası artıq 3-cü dəfədir ki, oyuna gəlmir.
5 mart 2023-cü il tarixində AFFA U-12 Liqasında keçirilən “Metak” - UGİM (Siyəzən) oyununda “Metak” komandasının baş məşqçisi Mehman Səfərov oyununun 53-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın. (maddə 41.4).
Baş Sponsor 
Partnyorlar