az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 14.03.2023 Çap
10.03.2023-cü il tarixində Misli Premyer Liqasının XXVI turunun “Kəpəz” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilsin (maddə 39);
İntizam Komitəsinin qərarları
10.03.2023-cü il tarixində Misli Premyer Liqasının XXVI turunun “Kəpəz” – “Zirə” görüşündən əvvəl oyun günü planının pozulmasına görə “Kəpəz” klubu 800 manat cərimə edilsin (maddə 84);
11.03.2023-cü il tarixində Misli Premyer Liqasının XXVI turunun “Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilsin (maddə 51.1).
10.03.2023-ci il tarixində Futzal üzrə Birinci Liqanın XIII turunun “Vifly” – “Alyans Qrup”  oyununda “Alyans Qrup” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün matçın baş tutmamasına görə  “Alyans Qrup” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1);
12.03.2023-ci il tarixində Futzal üzrə İkinci Liqanın XIV turunun “Timsport” – “Metropoliten” oyununda “Timsport” komandasının oyunçusu Quliyev Fərid oyunun 29:15 dəqiqəsində meydanı icazəsiz tərk etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.1).
 
 
Baş Sponsor 
Partnyorlar