az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 16.03.2023 Çap
13.03.2023-cü il tarixində I Divizionun XXI turunun “Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 47 nömrəli futbolçusu Musa Musazadə 32-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın, klub 20 manat cərimə edilsin (maddə 47.1);
İntizam Komitəsinin qərarları
13.03.2023-cü il tarixində I Divizionun XXI turunun “Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 88 nömrəli futbolçusu Şirxan Həsənzadə 66-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın, klub 20 manat cərimə edilsin (maddə 47.1);
13.03.2023-cü il tarixində I Divizionun XXI turunun “Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 80 manat cərimə edilsin (maddə 51.2);
13.03.2023-cü il tarixində I Divizionun XXI turunun “Neftçi-2” – “Qarabağ-2” oyunundan əvvəl baş tutan iclasa polis nümayəndəsi gecikdiyinə görə “Neftçi-2” komandası 40 manat cərimə edilsin (maddə 62.2);
13.03.2023-cü il tarixində I Divizionun XXI turunun “Neftçi-2” – “Qarabağ-2” oyununda texniki zonanın girişində akkreditasiyasız şəxslərin əraziyə daxil olmasına görə “Neftçi-2” komandası 80 manat cərimə edilsin (maddə 49.6);
13.03.2023-cü il tarixində I Divizionun XXI turunun “Neftçi-2” – “Qarabağ-2” oyununda Təcili Tibbi Yardım briqadası matçın 66-cı dəqiqəsində zədəli futbolçunu apardıqdan sonra digər Təcili Tibbi Yardım briqadası ilə əvəzlənmədiyinə görə “Neftçi-2”yə xəbərdarlıq edilsin  (maddə 59.5);
13.03.2023-cü il tarixində I Divizionun XXI turunun “Səbail-2” – “İmişli” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39);
13.03.2023-cü il tarixində I Divizionun XXI turunun “Mingəçevir” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 23 nömrəli futbolçusu Röyal Əhmədovun 81-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın, klub 20 manat cərimə edilsin (maddə 47.1);
13.03.2023-cü il tarixində I Divizionun XXI turunun “Mingəçevir” – “Kəpəz-2” oyununda “Mingəçevir” azarkeşləri meydançaya kənar əşya atdığına görə klub 160 manat cərimə edilsin (maddə 51.1);
12 mart 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “İrəvan” – “Lokomotiv” oyununda “Lokomotiv” komandasının heyətində 4 nömrəli futbolçu Sehran Quluzadə qarşılaşmanın 72-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1);
11 mart 2023-cü il tarixində AFFA Region Liqasında keçirilməli olan “Şəki” – “Ağstafa” oyununda “Ağstafa” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun baş tutmamasına görə “Ağstafa” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1);
9 mart 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA – “Qarabağ” oyununda “Qarabağ” komandasının heyətində 44 nömrəli futbolçu Rauf Hüseynli qarşılaşmanın 89-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1);
9 mart 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” PFK – “Neftçi” PFK oyununda “Neftçi” komandasının heyətində 11 nömrəli futbolçu İbrahim Piriyev qarşılaşmanın 85-ci dəqiqəsində top oyunda olarkən rəqib oyunçunu vurduğuna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılsın. (maddə 37.2);
13 mart 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Xan Lənkəran” – “Sumqayıt” oyununda “Xan Lənkəran” komandasının heyətində 1 nömrəli futbolçu Cavid Vəlizadə qarşılaşmanın 15-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1);
11 mart 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Şamaxı” – “Neftçi” PFK oyununda “Neftçi” komandasının heyətində 11 nömrəli futbolçu Enar Ağalarov qarşılaşmanın 38-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.2);
11 mart 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Kəpəz” – “Qarabağ” oyununda “Kəpəz” komandasının heyətində 5 nömrəli futbolçu Sərxan İbrahimov qarşılaşmanın 42-ci dəqiqəsində düşüncəsiz hərəkətə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1);
11 mart 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Kəpəz” – “Qarabağ” oyununda “Qarabağ” komandasının heyətində 6 nömrəli futbolçu Amil Məmmədhəsənov qarşılaşmanın 75-ci dəqiqəsində düşüncəsiz hərəkətə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1);
11 mart 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Kəpəz” – “Qarabağ” oyununda “Kəpəz” komandasının heyətində 1 nömrəli futbolçu Kənan Əliyev qarşılaşmanın 75-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1);
11 mart 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Kəpəz” – “Qarabağ” oyununda “Qarabağ” komandasının heyətində 13 nömrəli futbolçu Oruc Bağırov qarşılaşmanın 77-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1);
11 mart 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Kəpəz” – “Qarabağ” oyununda “Kəpəz” komandasının heyətində 21 nömrəli futbolçu Kənan Hacıyev qarşılaşmanın 89-cu dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın. (maddə 41.3);
11 mart 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Baku Sporting” – “Atletiko Baku” oyununda “Baku Sporting” komandasının heyətində 2 nömrəli futbolçu Həsən Hüseynov qarşılaşmasının 69-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1);
11 mart 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Şimal Elit” – “Ağ Şəhər” oyununda “Ağ Şəhər" komandasının heyətində 22 nömrəli futbolçu Yusif Cəlilov qarşılaşmanın 80+3-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1);
12 mart 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Turan Tovuz” – “Çinar” oyununda “Turan Tovuz” komandasının heyətində 15 nömrəli futbolçu Ənvər Tağıyev qarşılaşmanın 63-cü dəqiqəsində düşüncəsiz hərəkətə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1);
12 mart 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilməli “Ulduz” (Mingəçevir) – “Daşqın” qarşılaşmasında “Daşqın” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun baş tutmamasına görə  “Daşqın” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1) (Daşqın komandası 2-ci dəfədir ki, oyuna gəlmir.);
11 mart 2023-cü il tarixində AFFA U-13 Liqasında keçirilən EFA – “Sabah” oyununda “Sabah” komandasının heyətində 21 nömrəli futbolçu Əbubəkir Abdullayev qarşılaşmanın 30-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1);
11 mart 2023-cü il tarixində AFFA U-12 Liqasında keçirilən “Ərgünəş” (Sumqayıt) – “Məhəllə uşaqları” oyununda “Ərgünəş” komandasının heyətində 4 nömrəli futbolçu Murad Hüseynzadə qarşılaşmanın 54-cü dəqiqəsində rəqib oyunçuları təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 41.1);
11 mart 2023-cü il tarixində AFFA U-11 Liqasında keçirilən “Sabah” – “Şirvansaray” oyununda “Şirvansaray” komandasının baş məşqçisi Azər Nəsirov oyununun 23-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılsın. (maddə 41.4);
11 mart 2023-cü il tarixində AFFA U-10 Liqasında keçirilməli olan UGİM (Şabran) – “Metak”  qarşılaşmasında UGİM komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun baş tutmamasına görə UGİM klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1);
12 mart 2023-cü il tarixində AFFA U-10 Liqasında keçirilməli olan “Azəri” (Gəncə) – “Lokomotiv” (Gəncə)  qarşılaşmasında “Lokomotiv” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun baş tutmamasına görə “Lokomotiv” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1).
 
Baş Sponsor 
Partnyorlar