az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 25.05.2023 Çap
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Sabah” – “Zirə” oyunu bitdikdən sonra meydançaya və komandalar olan dəhlizə akkreditasiyası olmayan şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 49.6);
 
İntizam Komitəsinin qərarları
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ” klubunun meneceri Rasim Ramaldanova verilən birbaşa qırmızı vərəqə qərarı ləğv edilir (maddə 18.2.);
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra tribunanın “Qəbələ” klubuna aid hissəsindən meydançaya kənar əşya atıldığına görə “Qəbələ” klubu 1600 manat cərimə edilir (maddə 51.1);
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Qarabağ” klubunun 77 nömrəli futbolçusu Ramil Şeydayev rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanır, “Qarabağ” klubu 2400 manat cərimə edilir (maddə 37.2, 32.);
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” klubunun 12 nömrəli futbolçusu Todor Todoroski rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanır, “Sumqayıt” klubu 2400 manat cərimə edilir (maddə 37.2, 32.);
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Turan Tovuz” – “Səbail” oyununda “Səbail” klubunun futbolçusu Qoba Zakpa qeyri-etik hərəkət etdiyinə görə 3 oyun cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 41.1);
 
 
23.05.2023-cü il tarixində I Divizionun XXX turunun “Mingəçevir” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail-2” komandası 80 manat cərimə edilir (maddə 39);
23.05.2023-cü il tarixində I Divizionun XXX turunun MOİK – “Neftçi-2” oyununda MOİK klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə MOİK klubu 80 manat cərimə edilir (maddə 39);
23.05.2023-cü il tarixində I Divizionun XXX turunun “Sumqayıt-2” – “Kəpəz-2” oyununda əsasnamənin tələbləri pozulduğuna görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilir (maddə 60);
 
 
18 may 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA – “Neftçi” PFK oyununda İCBFA komandasının heyətində 14 nömrəli futbolçu Rəmzi Səfərov qarşılaşmanın 87-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
17 may 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” PFK – “Sumqayıt” FK oyununda “Kəpəz” PFK komandasının köməkçi məşqçisi Rəhman Əzizov qarşılaşmanın 53-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın (maddə 41.4).
18 may 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Zirə” PFK – “Turan Tovuz” FK oyununda “Turan Tovuz” FK komandasının heyətində 10 nömrəli futbolçu Taleh Həsənov qarşılaşmanın 87-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
18 may 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qarabağ” FK – “Səbail” FK oyununda “Səbail” FK komandasının heyətində 16 nömnrəli futbolçu Əli Novruzov qarşılaşmanın 90+1-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.1).
23 may 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qəbələ” İK – “Sabah” FK oyununda “Qəbələ” İK komandasının heyətində 17 nömrəli futbolçusu Qədir Ramazanov oyun bitdikdən sonra hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
23 may 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qəbələ” İK – “Sabah” FK oyununda “Qəbələ” komandasının azarkeşləri meydançaya daxil olduğuna, rəsmi şəxsləri təhqir etdiyinə və kənar əşyalar atdıqlarına görə “Qəbələ” klubunun növbəti ev oyunu azarkeşsiz keçirilsin (maddə 23.).
20 may 2023-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Kəpəz” PFK – “Zirə” PFK oyununda “Zirə” PFK komandasının heyətində 4 nömrəli futbolçu Ömər Talıbov qarşılaşmanın 86-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1).
20 may 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilməli İCBFA – “Zaqatala” PFK oyunu  “Zaqatala” PFK komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun baş tutmamasına görə  “Zaqatala” PFK klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1).
20 may 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilməli “Ordubad” – “Araz” (Naxçıvan) PFK oyunu  “Ordubad” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun baş tutmamasına görə  “Ordubad” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin  (maddə 55.1).
20 may 2023-cü il tarixində AFFA U-11 Liqasında keçirilməli olan EFA – “Şirvansaray” FK  qarşılaşması EFA komandasının heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamasına görə EFA FK klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1).
 
 
16.05.2023-cü il tarixində keçirilən “Rəvan” – “Xan Lənkəran” oyununda, “Xan Lənkəran” komandasının qapıçısı Aydın Bəyişli oyunun 14:46 dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1).
18.05.2023-cü il tarixində keçirilən “Şamaxı” – MUM oyunu bitdikdən sonra MUM komandasının 20 nömrəli oyunçusu Qərib İbrahimov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılsın (maddə 41.3).
 
 
20.05.2023-cü il tarixində keçirilən “Baku Fire” - MUM oyununda, MUM komandasının oyunçusu Ceyhun Mürşüdlü oyunun 39:59-cu dəqiqəsində prespektivli hücumun qarşısını aldığına görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 47.1).
 
I Divizionda MOİK klubunda çıxış edən 04.02.1992-ci il təvəllüdlü Hüseynov Kamil İsrafil oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmasına qadağa qoyulsun (maddə 80.4; 32.2);
I Divizionda MOİK klubunda çıxış edən 28.10.1992-ci il təvəllüdlü Allahverdiyev İlham Elman oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmasına qadağa qoyulsun (maddə 80.4; 32.2);
I Divizionda MOİK klubunda çıxış edən 22.05.2002-ci il təvəllüdlü Rüstəmov Rüstəm Kənan oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmasına qadağa qoyulsun (maddə 80.4; 32.2);
I Divizionda MOİK klubunda çıxış etmiş 20.05.2000-ci il təvəllüdlü Sabirli Qabil Mobil oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmasına qadağa qoyulsun (maddə 80.4; 32.2);
I Divizionda MOİK klubunda çıxış etmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan 18.12.2000-ci il təvəllüdlü Bayramov Fərman Namiq oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmasına qadağa qoyulsun (maddə 80.4; 32.2);
I Divizionda MOİK klubunda çıxış edən 01.01.2000-ci il təvəllüdlü Veysov Elşən Kamil oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmasına qadağa qoyulsun (maddə 80.4; 32.2);
16.08.1988-ci il təvəllüdlü Hüseynov Samir Azər oğlu danışılmış oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən oyunlarda stadiona daxil olmağı qadağan edilsin (maddə 80.1.)
 
QEYD: Adları çəkilən futbolçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilər.
 
Baş Sponsor 
Partnyorlar