az en
News / İntizam Komitəsinin sədri vəzifəsindən ayrılıb

İntizam Komitəsinin sədri vəzifəsindən ayrılıb

AFFA Dərc olundu: 09.09.2020 Çap
AFFA-nın İntizam Komitəsinin sədri Tofiq Fətullayev öz istəyi ilə müvafiq vəzifədən ayrılıb.
 
İntizam Komitəsinin sədri vəzifəsindən ayrılıb
AFFA İcraiyyə Komitəsinin növbəti iclasına qədər İntizam Komitəsinin sədri vəzifəsi hazırda komitənin üzvü olan Erkin Hüseynova həvalə olunub. İcraiyyə Komitəsinin növbəti iclasında İntizam Komitəsinin tərkibi barədə müvafiq qərar qəbul olunması nəzərdə tutulub.
AFFA-nın rəhbərliyi İntizam Komitəsinin sabiq sədri Tofiq Fətullayevə uzunmüddətli səmərəli fəaliyyətinə görə minnətdarlığını bildirir.
 
Baş Sponsor 
Partnyorlar