az en
News / “Növbəti mərhələyə yüksələ bilmədiyimizə görə təəssüflənirəm”

“Növbəti mərhələyə yüksələ bilmədiyimizə görə təəssüflənirəm”

A milli (Futzal) Dərc olundu: 29.01.2022 Çap
Futzal üzrə Avropa çempionatının final mərhələsində Bosniya və Herseqovina komandası ilə keçirilmiş oyundan sonra təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silvanın səsləndirdiyi fikirlər:
“Növbəti mərhələyə yüksələ bilmədiyimizə görə təəssüflənirəm”
"Oyunçularımı təbrik edirəm. Bu gün yaxşı oynadıq. Amma turnir ərzində bəxtsizlik bizdən əl çəkmədi, sona qədər bizi izlədi. İlk oyundan əvvəl iki futzalçımızın COVID-19 testi pozitiv çıxdı. Onlar sağaldı, bu dəfə digər iki oyunçumuzun xidmətindən istifadə edə bilmədik. Zədəli oyunçularımız oldu. Bir sözlə, problemlərdən qaça bilmədik. Əlbəttə, növbəti mərhələyə yüksələ bilmədiyimizə görə təəssüflənirəm. Amma uşaqlar yaxşı çıxış etdilər, istəkli, intizamlı, mübariz idilər, sona qədər qələbə qazanmaq üçün əllərindən gələni etdilər".
Baş Sponsor 
Partnyorlar