az en
News / Oğuzda “Bahar turniri” keçirilib (fotoreportaj)

Oğuzda “Bahar turniri” keçirilib (fotoreportaj)

Turnir Dərc olundu: 27.05.2023 Çap
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Oğuzda 12 yaşlı qızlar arasında “Bahar turniri” keçirilib.
 
Oğuzda “Bahar turniri” keçirilib (fotoreportaj)
Turnirdə 8 komanda iki qrupda mübarizə aparıb. Qrupda ilk iki yerə tutan komandalar pley-off mərhələsində üz-üzə gəlib. 1 saylı tam orta məktəb turnirin qalibi, II və III yeri isə müvafiq olaraq, 3 saylı tam orta məktəb və 2 saylı tam orta məktəb tutub. 1 saylı tam orta məktəbin şagirdi Fatimə Hətəmzadə 8 qolla turnirin ən məhsuldar oyunçusu olub. 3 saylı tam orta məktəbin şagirdi Günay İbrahimova ən yaxşı oyunçu, 2 saylı tam orta məktəbin şagirdi Aylan Manaflı isə turnirin ən yaxşı qapıçısı seçilib. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-17 (qızlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova, U-15 (qızlar) yığmasının baş məşqçisi Xanlar Əliyev və Oğuz Olimpiya İdman Kompleksinin direktoru Muslim Mavlüdov təqdim ediblər.
Qeyd edək ki, layihənin əsas məqsədi gələcəkdə U-12 Qızlar Liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunub.
 
Baş Sponsor 
Partnyorlar