az en
News / Oğuzda və Qəbələdə "Bahar turniri" keçiriləcək

Oğuzda və Qəbələdə "Bahar turniri" keçiriləcək

Turnir Dərc olundu: 26.05.2023 Çap
AFFA-nın təşkilatçılığı ilə mayın 27-də Oğuzda, 28-də isə Qəbələdə 12 yaşlı qızlar arasında "Bahar turniri" keçiriləcək.
Oğuzda və Qəbələdə "Bahar turniri" keçiriləcək
Oğuz Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə rayonun 8 komandası, Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə isə Qəbələnin 8 komandası mübarizə aparacaq. Hər region üzrə qrup və final oyunları eyni gündə keçiriləcək. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqdır.
Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Bahar turniri” yarışının mütəmadi olaraq keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə U-12 Qızlar Liqasına və milli yığma komandalara futbolçuların hazırlanmasıdır. 
 
 
Baş Sponsor 
Partnyorlar