az en
News / Polşa (Qadınlar) – Azərbaycan (Qadınlar): Məşqçi fikirləri

Polşa (Qadınlar) – Azərbaycan (Qadınlar): Məşqçi fikirləri

A milli (Qadınlar) Dərc olundu: 23.10.2020 Çap
Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün Varşada keçirilmiş Polşa – Azərbaycan oyunundan sonra hər iki milli komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Polşa (Qadınlar) – Azərbaycan (Qadınlar): Məşqçi fikirləri
Siyasət Əsgərov (Azərbaycan milli komandasının baş məşqçisi): “İlk öncə rəqib komandanı təbrik edirəm və gələcək oyunlarda onlara uğurlar arzu edirəm. Uzun müddət pandemiya ilə əlaqədar məşq etmədik. Bir çox ölkələrdə çempionat dayandırıldıığından legioner futbolçularımızın oyun təcrübəsinin olmaması oyuna öz təsirini göstərdi. Buna baxmayaraq, komandanın oyunundan razıyam. Bu qədər çatışmazlığa rəğmən, komanda həqiqətən xarakter nümayiş etdirdi”.

Miloşz Stepinski (Polşa milli komandasının baş məşqçisi): “Sevindirici haldır ki, pandemiya olmasına baxmayaraq, bu oyun baş tutdu. Azərbaycan Polşaya gələ bildi və biz bu oyunu oynadıq. Oyuna gəlincə, nəticədən tam razı qaldım, amma ikinci hissədədəki oynumuz məni qane etmədi. Çünki yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu amil məni çox narahat edir. Komanda olaraq bu çatışmazlığı aradan qaldırmalıyıq”.
 
Baş Sponsor 
Partnyorlar