az en
News / Pyerluici Kollina AFFA rəsmiləri və hakimlərimizlə görüşüb (fotolar)

Pyerluici Kollina AFFA rəsmiləri və hakimlərimizlə görüşüb (fotolar)

Hakimlər Dərc olundu: 05.05.2023 Çap
FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Bakıda səfərdədir.
Pyerluici Kollina AFFA rəsmiləri və hakimlərimizlə görüşüb (fotolar)
Səfər çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Sərxan Hacıyev, Hakimlər Komitəsinin sədri Barış Şimşək və Pyerluici Kollina arasında görüş keçirilib. Görüşdə futbol hakimliyinin inkişafı ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb.
Bakı Olimpiya Stadionunda P.Kollina ilə Misli Premyer Liqası oyunlarına təyinat alan hakimlərin də görüşü təşkil olunub. FIFA-nın Hakimlər Komitəsinin sədri hakimlərimizə müvafiq tövsiyələrini verib, fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, bu il fevralın 28-də AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Gianni İnfantino arasında görüş zamanı Pyerluici Kollinanın hakimlərimizlə görüşü müzakirə olunmuşdu.
 
Baş Sponsor 
Partnyorlar