az en
News / “Qaliblər düşərgəsi” layihəsinə start verilib (fotolar)

“Qaliblər düşərgəsi” layihəsinə start verilib (fotolar)

AFFA Dərc olundu: 06.07.2021 Çap
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı, AFFA və bir neçə tərəfdaşın dəstəyi ilə şəhid ailələrinin övladları üçün “Qaliblər düşərgəsi” layihəsinə start verilib. 13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir. 14 gün davam edəcək düşərgədə müxtəlif mövzuları əhatə edən seminarlar, müxtəlif idman növləri üzrə təlimlər, həmçinin, futbol dərsləri keçiriləcəkdir.
 
“Qaliblər düşərgəsi” layihəsinə start verilib (fotolar)
Baş Sponsor 
Partnyorlar