az en
News / Qaliblər mükafatlandırılıb (fotolar)

Qaliblər mükafatlandırılıb (fotolar)

Liqalar Dərc olundu: 30.12.2020 Çap
AFFA-nın inzibati binasında U-15 Liqa, U-16 Liqa, “Bakcell U-17 Liqa”, Gənclər Liqası və qızlar arasında UNICEF U-16 Liqası və Yüksək Liqasının 2019/2020-ci il mövsümünün qaliblərinə kubok və medallar təqdim olunub.
Qaliblər mükafatlandırılıb (fotolar)
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin 22 may 2020-ci il tarixində qəbul edilmiş qərarına əsasən, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən yuxarıda qeyd olunan liqalarda mövsüm başa çatdırılmış, liqalarda mövcud vəziyyətdə birinci pillədə olan aşağıdakı komandalar liqaların qalibləri elan olunmuşdur.
 
U-15 Liqa – Qəbələ İK
U-16 Liqa – Qəbələ İK
Bakcell U-17 Liqa – Sabah FK
Gənclər Liqası – Qəbələ İK
 
Qızlar Liqası
 
UNİCEF U-16 Liqa – 8 nömrəli İOEUGİM (Bakı)
Yüksək Liqa - 8 nömrəli İOEUGİM (Bakı)
 
Baş Sponsor 
Partnyorlar