az en
News / Qapıçılar üzrə məşqçilər üçün kurs keçiriləcək

Qapıçılar üzrə məşqçilər üçün kurs keçiriləcək

Məşqçi kursları Dərc olundu: 17.02.2020 Çap
Martın 23-dən 28-dək Bakı şəhərində AFFA tərəfindən qapıçılar üzrə məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun I modulu keçiriləcək.
Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
 
Qapıçılar üzrə məşqçilər üçün kurs keçiriləcək
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. Məhkümluq haqqında arayış
5. 2 ədəd şəkil (3x4)
6. "C" Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Sənədlər martın 16-dək qəbul olunur. 
 
Baş Sponsor 
Partnyorlar